«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Əvəz Zeynallı və Elnur Şükürov SON SÖZLƏRİNDƏ İTTİHAMLARI RƏDD EDİBLƏR - VİDEO

Tarix: 23-02-2024 20:20 | Bölmə: Araşdırma | Baxış: 147
Əvəz Zeynallı və Elnur Şükürov son sözlərində ittihamları rədd ediblər

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural TV” İnternet- resursun rəhbəri Əvəz Zeynallı və “Səda” TV Youtube kanalının rəhbəri Elnur Şükürovun işi üzrə prosesdə müttəhimlərin yekun çıxışları başlayıb.

Elnur Şükürov ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib. Sonra Zeynallı son sözü ilə çıxış edərək işin saxtalaşdırıldığını və ittihamın əsassız olduğunu bildirib.

Zeynallının çıxışı fevralın 26-da davam edəcək.

Xatırladaq ki, bundan əvvəl prokuror məhkəmədən Zeynallını Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilərək 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Prokuror Şükürovun Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsilə 5 il həbs cəzasına məhkum olunmasını istəyib.

Ötən il sentyabrın 10-da Əvəz Zeynallı və vəkil Elçin Sadıqov rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

İstintaqın məlumatına görə, Sadıqovun vasitəçiliyilə Zeynallı həbsdə olan sahibkar Rasim Məmmədovun ailəsindən pul alıb ki, onun haqqında böhtan xarakterli məlumatlar dərc etməsin.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb, onun işini ayrıca icraata götürüb.

Sonradan Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsilə  (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) yeni ittiham irəli sürülüb. Elnur Şükürov da eyni ittihamla həbs edilib./Turan


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024