GENERAL Şıxəliyev MƏHKƏMƏYƏ 6 ŞİKAYƏT VERDİ... - "O, cinayət yolu ilə əldə etdiyi əmlaklarını qorumağa çalışır"
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevin ailə üzvləri - oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və həyat yoldaşı Aybəniz Şıxəliyeva Nərimanov Rayon Məhkəməsinə 2 ayrı-ayrı şikayət ünvanlayıb.
Şikayətlərdən biri "müvəqqəti təminat tədbiri” qərarının verilməsi ilə bağlıdır.
Digər müraciət isə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbini əhatə edir.
Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin "müvəqqəti təminat tədbiri” qərarının verilməsi ilə bağlı müraicətlərinə baxıb və artıq rədd edib. Hesab edib ki, müraciətlərin qanuni əsası yoxdur.
Nərimanov Rayon Məhkəməsindən "Yeni Müsavat”a bildiriblər ki, Şıxəliyevlərin digər şikayətinə yaxın günlərdə baxılacaq.
Keçmiş MTN məhbusu: 'Məndən 2 milyondan sonra da əl çəkmirdilər…'
Hüseyn Səfərov
Hüseyn Səfərov bildirib ki, Mövlam Şıxəliyevin ailə üzvləri leqallaşma cinayətində iştirak etdikləri üçün barələrində cinayət işi başlanmalıdır.
Qeyd edək ki, ötən il Ali Məhkəmənin cinayət kollegiyasına Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş MTN-in İstintaq İdarəsinin şöbə rəisləri - Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun barələrindəki Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayətləri daxil olub.
Şikayət hakim Nazim Mövsümovun icraatına verilib. Hər 4 şəxs kasasiya şikayətlərində barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb edib. Bakı Apelyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi 2023-cü ilin aprelində Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi.
Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu.
Dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib.
2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.
İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu.
Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar.
Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər.
Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.
Digər xəbərlər
Tarix: 27-02-2024 10:30 | Bölmə: Araşdırma | Baxış: 121

Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 zərərçəkəndən biri Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyev hər vasitə ilə cinayət yolu ilə əldə etdiyi, xüsusi müsadirəyə götürülmüş əmlaklarını qorumağa çalışır:
"Bu həm də ondan xəbər verir ki, Mövlam Şıxəliyev həbsdə olduğu ötən illərdə islah olunmayıb. O, cinayət yolu ilə əldə etdiyi əmlakları əlində saxlamaq üçün hər vasitəyə əl atır. Həmin əmlakların bir qismini oğlu Elgünün, qızı Samirənin, arvadı Aybənizin adına rəsmiləşdirib.
Əslində Mövlam Şıxəliyevin ailə üzvləri də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak ediblər. Baş Prokurorluğa Mövlam Şıxəliyevin ailə üzvlərinin cinayət yolu ilə əldə olunmuş əmlaklarının leqallaşmasında iştirak etdiklərinə görə barələrində cinayət işi başlanması üçün də müraciət etmişik.
Digər tərəfdən də Bakı Hərbi Məhkəməsinin hökmü ilə təsdiqlənib ki, Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş varidatını o, biz zərərçəkənlərə qarşı vəzifəsindən sui-istifadə etməklə, mütəşəkkil cinayətkar qrup yaratmaqla əldə edib.
Buna görə də məhkəmə Mövlam Şıxəliyevin 12 il azadlıqdan məhrum edilməsi hökmü ilə yanaşı, biz zərərçəkənlərin mülki iddialarını da təmin etdi.
Hökm 2021-ci ilin sentyabrında çıxsa da, hələ də mülki iddialar üzrə bizə vurulmuş ziyanın ödənilməsi mümkün olmayıb. Çünki Mövlam Şıxəliyev süni şəkildə məhkəmə proseslərini uzatmaqla məşğuldur.
Nərimanov Rayon Məhkəməsinə ailə üzvləri adından verdirdiyi "müvəqqəti təminat tədbiri" qərarının verilməsi üçün müraciət də buna hesablanmışdı. Məhkəmə qərarının icrasını süni şəkildə uzatmaq niyyəti daşıyırdı. Nərimanov Rayon Məhkəməsinin hakimləri Mövlam Şıxəliyevin qanunsuz müraciətini rədd ediblər.
Bundan başqa, Ali Məhkəmədə keçirilən proses 1 ilə yaxındır ki, Mövlam Şıxəliyevin oyunbazlığı üzündən uzanır. Gah Ali Məhkəməyə sifariş göndərir ki, onu İstintaq Təcridxanasına köçürməsinlər, birbaşa 9 saylı Cəzaçəkmə Müəssisəsindən prosesdə iştirakı təmin edilsin.
Gah da onunla bərabər məhkum olunan qrup üzvlərinə heç bir qanuni əsası olmayan vəsatətlər verdirir.
Başqa bir prosesə isə vəkilini göndərmir və bu minvalla Ali Məhkəmədə 1 dəfə də olsun proses baş tutmayıb. Mövlam Şıxəliyev hüquqdan sui-istifadə edir. Onun bu oyunbazlığından Məhkəmə-Hüquq Şurasına da müraciət ünvanlamışıq".
Hüseyn Səfərov bildirib ki, Mövlam Şıxəliyevin ailə üzvləri leqallaşma cinayətində iştirak etdikləri üçün barələrində cinayət işi başlanmalıdır.
Qeyd edək ki, ötən il Ali Məhkəmənin cinayət kollegiyasına Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş MTN-in İstintaq İdarəsinin şöbə rəisləri - Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun barələrindəki Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayətləri daxil olub.
Şikayət hakim Nazim Mövsümovun icraatına verilib. Hər 4 şəxs kasasiya şikayətlərində barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb edib. Bakı Apelyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi 2023-cü ilin aprelində Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi.
Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu.
Dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib.
2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.
İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu.
Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar.
Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər.
Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024