«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sabiq deputat Hüseyn Abdullayevlə bağlı qərar: Şikayət təmin olunmadı

Tarix: 28-02-2024 14:00 | Bölmə: Araşdırma | Baxış: 118

Hüseyn Abdullayevlə bağlı qərar verildi


Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrlik etdiyi iclasda sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə qərar qəbul edib. 

İclasda sabiq deputatın atasından aldığı əmlaka həbs qoyulan zərərçəkmiş Emin Bağırovun kassasiya şikayətinə baxılıb. 

Zərərçəkmiş tərəfdən verilən şikayət təmin olunmayıb. 

Qeyd edək ki, zərərçəkmiş E.Bağırov 2008-ci ildə H.Abdullayevin atasından etibarnamə əsasında daşınmaz əmlak alıb. Məhkəmənin qərarı ilə sabiq deputatın cinayət işi üzrə həmin əmlaka həbs qoyulub.

Zərərçəkən tərəf apellyasiya şikayəti verib, lakin təmin olunmadığı üçün Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.

Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024