Fazil Mustafanın vurulduğu SİLAH POLKOVNİKİN EVİNDƏ GİZLƏDİLİB - Şok təfərrüat
Millət vəkili Fazil Mustafaya qarşı silahlı sui-qəsd cəhdi ilə bağlı mühakimə edilən beş nəfərin məhkəməsi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda müttəhimlər- Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarov sərbəst ifadə verib.
Bu iş üzrə ittiham olunan Azər Səricanov və Rəşad Əhmədov isə əvvəlki proseslərdə ifadə vermişdilər.
Prosesə sədrlik edən Elnur Nuriyev ilk olaraq ifadə vermək üçün Səbuhi Şirinova söz verib.
Fazil Mustafanı avtomatla vurmaqda ittiham edilən Şirinovdur. Təqsirləndirilən şəxs cinayəti boynuna alır, əməlindən peşman deyil. Şirinov ifadəsinə Fazil Mustafa haqda düşüncələrindən danışmaqla başlayıb: “Bəziləri soruşur ki, səndən başqası yox idimi, onu cəzalandırsın.
Fazil Mustafa İmam Hüseyni təhqir edib, şiə olduqlarına görə Şah İsmayıl Xətai və Məhəmməd Füzuliyə cahil deyib. Bundan başqa çıxışlarından birində deyib, yaxşı ki, Sultan Səlim Səfəvilərə qalib gəldi. Bu və digər səbəblərdən onu cəzalandırmaq qərarına gəldik”.
İstintaq materiallarından görünür ki, S.Şirinov əvvəllər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Kəşfiyatçı və snayperçi olub. Məhz bu səbəbdən də sui-qəsd cəhdini reallaşdırmaq üçün o seçilib.
Elşad Əsgərov və Azər Səricanovla da danışdıqdan sonra Fazil Mustafanı izləməyə başlayıb: “Dəqiq yadımda deyil, təxminən 3-4 dəfə izlədim. Birinci dəfə fikrim o idi ki, böyrəyinə bıçaq soxub gedim. Amma həmin gün övladı da yanında idi.
Bu səbəbdən heç nə etmədim. Hadisə günü Fazil Mustafa evə gələndə 25-30 metr məsafədən atəş açdım. Sonra da sərbəst, soyuqqanlı halda evə getdim. Bir neçə gün sonra Azərlə birgə Qaradağ rayonunda tutuldum.
Prokurorun sual-cavabı zamanı məlum olub ki, müttəhimin əlindəki avtomatın darağı dolu olub. Hadisə vaxtı avtomatdan 7 güllə çıxıb.
Fazil Mustafanın nümayəndəsini maraqlandıran məsələ təqsirləndirilən şəxsin hadisə yerindəki təhlükəsizlik kameralarına düşməməsi olub. Təqsirləndirilən şəxs isə bunu kəşfiyatçı olması ilə əlaqələndirib.
Vəkil Elçin Sadıqov isə müvəkkilindən Fazil Mustafanın siyasi fəaliyyətindən məlumatlı olub-olmadığını soruşub. Şirinov Fazil Mustafanı xoşuna gəlməyən çıxışlarını eşidənə kimi tanımadığını, hətta deputat olduğunu bilmədiyini deyib.
Təqsirləndirilən Azər Səricanov Səbuhi Şirinova hadisədən sonra pul verib.
Prosesin davamında təqsirləndirilən Elşad Əsgərov ifadə verib. 40 yaşlı Əsgərov həbsinə kimi taksi sürücüsü işləyib. Təqsirləndirilən şəxsin dediyinə görə, sakit təbiətli, sülhsevər bir insan olub.
Fazil Mustafanın din haqda təhqiredici çıxışlarından sonra bu işə qoşulub: “Elə vəziyyət yarandı ki, bıçaq sümüyə dirəndi. Mənə deyirlər ki, 8 dəfə İrana getmisən. Həmin vaxtlarda neft şirkətindəki işimdən çıxmışdım.
Yeni işlə bağlı İrana gedib-gəlirdim. Deyirlər ki, Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq istəmişəm. Mənə o, ittihamla cəza vermək olmaz. Digər məsələlərlə razıyam. Dövlət var. Cəza verilməsə, özbaşınalıq olar.
Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan edilib.
Əsgərov müstəntiqə deyib ki, Səbuhi Şirinovla taksidə tanış olub: “Söhbət əsnasında dini ədalətsizlikdən filan danışdıq. Bu vaxt Fazil Mustafa ağlıma gəldi. Çıxışlarından danışdıq. Gördüm ki, o da narazıdır. Nə isə sonradan Səbuhi də işə qoşuldu.
Fazil Mustafanın evinin yerini mən müəyyən etdim. Hadisə günü Səbuhini evin qarşısına apardım. Fazili vurandan sonra da aparıb evlərinə düşürdüm. Üç gün sonra görüşdük. Hadisəyə görə bir-birimizi təbrik etdik. Dediyinə görə 9 dəfə atəş açıb. İkimiz də sevindik”.
Sədrlik edən hakim təqsirləndirilən şəxsin sülhsevər insan olması haqda dediyi sözə qayıdıb. Ondan nəyə görə bu məsələni də sülh yolu ilə həll etmədiyini soruşub. Təqsirləndirilən Əsgərov isə bunun səbəbini Fazil Mustafanın Allahdan deyil, güllədən qorxması ilə əlaqələndirib.
Bu iş üzrə təqsirləndirilən şəxslərin sonuncusu isə Emin Əliyarovdur. Əliyarov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Polkovnik-leytenantdır. Onu bu işə bağlayan isə müttəhim Azər Səricanovla dost olması, Səricanovun cinayətdə istifadə edilən avtomatı onun evində gizlətməsidir.
E.Əliyarovun dediyinə görə, Səricanovun bağlamada gətirdiyi şeyin avtomat olmasından xəbəri olmayıb: “Uzun çantada nə isə gətirdi. Heç nə olduğunu soruşmadım.
Dedi ki, bu sizdə qalsın. Azər narahat idi. Soruşdum ki, niyə narahatsan, dedi ki, Fazil hadisəsi bizlikdir. Polis qapıma gələnə kimi bilmirdim nədir. Evimdən silah çıxanda da şok oldum”.
Bütün təqsirləndirilən şəxslər ifadə verdiyinə görə hakim növbəti prosesdə şahidlərin dindiriləcəyini deyib.
Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. F. Mustafa evinin önündə “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində xəsarət alıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Xidmət tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan edilib./qafqazinfo
Digər xəbərlər
Tarix: 03-03-2024 19:20 | Bölmə: Araşdırma | Baxış: 103

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024