«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Akif Qurbanov və Toplum TV əməkdaşları barəsində HƏBS QƏRARI VERİLDİ

Tarix: 08-03-2024 20:11 | Bölmə: Araşdırma | Baxış: 155



III Respublika Platformasının spikeri Akif Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Report” xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərarla Akif Qurbanov, Ramil Babayev və İlkin Əmrahovun hər biri 4 ay müddətə həbs olunublar.

Həmçinin Toplum TV əməkdaşları Ramil Babayev və İlkin Əmrahov barəsində də 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

Xatırladaq ki, martın 6-sı səhər saatlarında Toplum TV-nin və III Respublika Platformasının ofisində polis əməliyyat keçirib. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.

Əməliyyatlarla Akif Qurbanov, həmçinin Toplum TV-nin əməkdaşları Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahov saxlanılıb, onlara 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açıldığı bildirilir.

Axtarış aparılan ofislərdən, eləcə də saxlanılan şəxslərdən bəzilərinin mənzillərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarlandığı bildirilir.

Qeyd edək ki, bu gün Toplum TV-nin təsisçisi, hüquq müdafiəçisi və media eksperti Ələsgər Məmmədli və III Respublika Patformasının təsisçilərindən Ruslan İzzətlinin də saxlanıldığı barədə məlumat yayılıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024