«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Keçmiş deputat hakim qarşısına çıxarılır - Çirkli pulları yumaqda ittiham olunur...

Tarix: 11-03-2024 13:45 | Bölmə: Araşdırma | Baxış: 140



Barəsində cinayət işi açıldığına görə yenidən həbs-qətimkan seçilən sabiq deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

Keçmiş deputat məhkəmədən ev dustaqlığına buraxılmasını xahiş edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimov baxacaq.

İş adamı, keçmiş deputat H.Abdullayev Azərbaycandan getdikdən sonra Almaniyada siyasi qaçıqn statusu alıb. O, 6 il əvvəl Türkiyədə həbs olunaraq ölkəyə gətirilib. 

Keçmiş deputat bir neçə dəfə əfv üçün ölkə rəhbərliyinə müraciət etsə də təmin edilməyib. Onun cəza müddətinin bu ayın sonu başa çatacağı gözlənilirdi.

Amma Hüseyn Abdullayev barəsində yeni cinayət işi açılıb. O, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci maddəsi) ittiham olunur.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024