VASİF TALIBOVUN “QURBANLARI” AZADLIĞA BURAXILIB - Aralarında İsa Həbibbəylinin oğlu da var...
Naxçıvanda yüz milyonlarca manat yeyintidə ittiham olunaraq həbs edilən yüksək vəzifəli şəxslər azadlığa çıxıb.
Press-fakt.com “azadliq.org”a istinadla xəbər verir ki, həbsdən buraxılanlar arasında Muxtar Respublikanın sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli (S.Həbibbəyli ev dustaqlığında idi-red.), bu qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərov, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var.
Adları çəkilən şəxslər 2022-ci ilin noyabrında həbs olunarkən, həmin vəzifələrdə çalışırdılar. Onların həbsindən sonra vəzifələrindən də azad edilmələri barədə sərəncam və əmrlər imzalanıb.
Külli miqdarda mənimsəmədə ittiham edilən bu məmurlarla bağlı cinayət işinin istintaqı DTX-də aparılır, özləri də həmin qurumun istintaq təcridxanasında saxlanılırdı.
“Səbail Rayon Məhkəməsinin qərarı ilə onların haqqında, ilkin olaraq, 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Sonradan həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə məhkəmə qərarıyla artırıldı. Sonuncu dəfə artırılmış həbs müddəti başa çatanda isə daha uzatma üçün məhkəməyə təqdimat verilməyib. Onlar həbsdən buraxılıblar”, - mənbə bildirilib.
Mənbənin sözlərinə görə, sabiq məmurlar azadlığa çıxsalar da, cinayət işinə xitam verilməyib. Onlar yenə də təqsirləndirilən şəxs statusunda qalırlar. Keçmiş məmurlardan birinin vəkili də bu məlumatı təsdiqləyib.
Rəfael Əliyev Maliyyə naziri təyin olunmazdan öncə Naxçıvan MR-in Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.
O, 2020-ci ilin avqustunda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamıyla Maliyyə naziri təyin edilib. R.Əliyev nazir vəzifəsinə gedəndən sonra Gömrük Komitəsində onun əvvəlki postuna Mansur Əsgərov təyin olunub.
Naxçıvan MR Gömrük Komitəsinin keçmiş sədri, general-mayor S.Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.
Naxçıvanda həbs olunan məmurlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə - ağır nəticələrə səbəb olduqda) və başqa maddələrilə ittiham verilmişdi.
Məsələn, sabiq nazir R.Əliyev 144 milyon manatlıq mənimsəmədə suçlanırdı. Keçmiş komitə sədri H.Rüstəmova 212 milyon, S.Həbibbəyli və M.Əsgərova 132 milyon manatlıq mənimsəmə ilə bağlı ittiham verilmişdi.
Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədikləri bildirilir.
Naxçıvan MR-də həbs olunan məmurlar arasında Penitensiar Xidmətin rəisi, general-mayor Tofiq Həsənov da vardı. O, hələ də həbsdədir və hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edir.
2016-cı ilin sentyabrında Penitensiar Xidmətin rəisi təyin edilən T.Həsənov, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi. O, külli miqdarda mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır.
Həbsdən buraxılan Naxçıvan məmurlarının “qurban” olduqları ilk günlərdən şübhə doğurmurdu. Hamıya aydın idi ki, sözügedən şəxslərin yüz milyonlarla dövlət vəsaitini mənimsəməkləri mümkün deyildi.
Bu dövlət talanının başında Talıbovlar ailəsi dururdu və həbs olunan məmurlar da çox böyük ehtimalla, istintaqa bunu bildirmişdilər. Yəni onlar Talıbovların “qurbanları” idi.
Görünür, talanan dövlət vəsaiti əsl talayan tərəfindən dövlətə geri qaytarıldığından, formal hüquqi məsuliyyət daşıyanları həbsdə saxlamağın mənası qalmayıb...
Digər xəbərlər
Tarix: 15-03-2024 13:20 | Bölmə: Araşdırma / Persona / Olay | Baxış: 133

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024