«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Yanvarın 1-dək dünya əhalisinin sayı 8 milyard olacaq - 2023-cü ildə 75 milyon nəfər artıb

Tarix: 31-12-2023 14:50 | Bölmə: Dünya | Baxış: 100

2023-cü ildə dünya əhalisi 75 milyon nəfər artıb
2023-cü ildə dünya əhalisi 75 milyon nəfər artıb və 2024-cü il yanvarın 1-də səkkiz milyarda çatacaq. Bu barədə “Associated Press” ABŞ-ın Siyahıyaalma Bürosuna istinadən məlumat yayıb.
Nəşr “Brookings” İnstitutunun demoqrafı William Freyadan sitat gətirib: "Əgər cari göstəricilər onilliyin sonuna qədər davam edərsə, 2020-ci illər ABŞ tarixində ən yavaş artım onilliyi ola bilər. 2020-ci ildən 2030-cu ilə qədər olan on illik dövr ərzində artım templəri 4 faizdən azdır".
Bu, artım tempinin 7,3 faiz olduğu 1930-cu illərdə “böyük depressiyadan” bəri ən aşağı əhali artım tempindən də aşağıdır. Bununla belə, demoqraflar pandemiyadan sonra göstəricilərdə yavaş artım gözləyirlər.
Qeyd edək ki, 2022-ci ildə dünya əhalisinin səkkiz milyard nəfərə yaxınlaşdığı bildirildi. 2011-ci ildə dünya əhalisi yeddi milyarda çatdı.


Press-fakt.com

 



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024