«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Afrikada dənizə çıxış müqabilində dövlətçilik: “Tarixi razılaşma” imzalanıb - FOTO

Tarix: 02-01-2024 19:25 | Bölmə: Dünya | Baxış: 95

BRİCS üzvü Efiopiya Somalilendin müstəqilliyini tanıyan “tarixi razılaşma” imzalayıb. 

Bunun müqabilində Əddis-Əbəbəyə Somalilend sahilləri boyunca dəniz və ticarət limanlarına çıxış imkanı veriləcək.

Bu barədə Əddis-Əbəbədə ölkənin Baş naziri Abiy Əhməd ilə görüşündən sonra Somalilendin “Prezidenti” Muse Bihi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yazılı razılıq əsasında Qırmızı dənizin 20 kilometr hissəsindən imtina müqabilində Efiopiya tərəfindən tanınacaqlar.
Abiy Əhmədin müşaviri Redvan Husseyn memorandumun təfərrüatının bir ay sonra keçiriləcək növbəti iclasda rəsmiləşdiriləcəyini qeyd edib.

Qeyd edək ki, Əddis-Əbəbə və Somalilendin “paytaxtı” Hargeysa arasında razılaşmaya, Somali və Somalilendin Cibutidə danışıqlarda irəliləyiş əldə etmələrinin elanından bir neçə gün sonra gəlinib.

Somalinin Somalilenddəki xüsusi nümayəndəsi Abdikərim Hüseyn Guled razılaşmanın Efiopiyanın beynəlxalq normalara açıq-aşkar etinasızlığını ifadə etdiyini və Hargeysa ilə Moqadişu arasında əldə edilən irəliləyişə xələl gətirdiyini bildirib.

Somalilend 1990-cı illərin əvvəllərində, Somalidə uzun sürən vətəndaş müharibəsi dövründə müstəqilliyini elan edib. Hargeysa, otuz ildən artıqdır ki, keçmiş Britaniya protektoratının sərhədləri daxilində fəal şəkildə beynəlxalq tanınmağa çalışır. 

Efiopiyanın rəsmi tanınması Somalilendə beynəlxalq təcridini aradan qaldırmağa başlamaq üçün bu günə qədər olan ən böyük fürsəti verəcək.

Əddis-Əbəbə 1990-cı illərin əvvəllərində, Efiopiyanın şimalındakı eritreyalı üsyançıların ölkənin şimal sahil bölgəsinə nəzarəti ələ keçirməsi və sonra müstəqilliyini elan etməsi ilə Qırmızı dəniz limanlarına çıxışı itirib./Mənbə: mk.ru


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024