«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiya Ukraynanı rekord sayda dronla vurdu - Putin hücumları gücləndirəcəyini dedi

Tarix: 02-01-2024 22:10 | Bölmə: Dünya | Baxış: 80
Ukrayna Fövqəladə Hallar Xidmətinin təqdim etdiyi fotoşəkil. ASSOCIATED PRESS

AP: Rusiya yeni ilin ilk saatlarında Ukrayna ərazisinə rekord sayda - 90 “Şahed” pilotsuz uçuş aparatı buraxıb, Rusiya prezidenti Vladimir Putin ölkəsinin qonşusuna hücumları “gücləndirəcəyini” deyib.

Yeni il ərəfəsində hərbi hospitala səfəri zamanı danışan Putin deyib ki, Ukrayna Rusiya ilə sərhəddəki Belqorod şəhərinə iyirmidən çox insanın ölümü və 100-dən çox insanın yaralanması ilə nəticələnən hücumundan sonra daha çox belə zərbələr gözləyə bilər.

“Onlar bizi qorxutmaq və ölkəmiz daxilində qeyri-müəyyənlik yaratmaq istəyirlər. Hücumlarımızı gücləndirəcəyik. Bizim dinc əhaliyə qarşı olan heç bir cinayət cəzasız qalmayacaq”, - deyən Rusiya lideri Belqorodun atəşə tutulmasını “terror aktı” adlandırıb.

Rusiya Ukraynanı şənbə günü baş verən hücumda günahlandırıb. Bu, Moskvanın 22 aydan çox əvvəl genişmiqyaslı işğala başladıqdan sonra Ukrayna tərəfindən Rusiya ərazisinə vurulan ən ölümcül zərbələrdən biri idi. 
Rusiya rəsmiləri bazar ertəsi günü ölənlərin sayının 5-i uşaq olmaqla 25 nəfər olduğunu bildirib.

May ayından etibarən Rusiyanın qərbindəki şəhərlər mütəmadi olaraq pilotsuz aparatların hücumlarına məruz qalır, amma Ukrayna rəsmiləri Rusiya ərazisinə və ya Krım yarımadasına edilən zərbələrə görə məsuliyyəti heç vaxt boynuna almayıb.

Putin Qərb ölkələrini Ukraynadan Rusiyanı öz yerində oturtmaq üçün istifadə etməkdə ittiham edib. O, qisas alacağını vəd edib və təkidlə bildirib ki, Rusiya yalnız Ukraynadakı hərbi infrastruktura zərbə endirə bilər.

Rusiyanın Ukraynaya hücum dalğası bazar ertəsi gün ərzində davam edib.

Ukraynanın cənubundakı Odessa şəhərində vurulan 87 pilotsuz təyyarədən birinin qalıqlarının yaşayış binasının üzərinə düşməsi nəticəsində 15 yaşlı yeniyetmə ölüb, 7 nəfər yaralanıb, deyə regionun hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib. Dağıntılar şəhər limanı da daxil olmaqla bir sıra kiçik yanğınlara da səbəb olub.

Ukraynanın Xerson, Xarkov və Sumı vilayətlərində də Rusiya pilotsuz aparatlarının zərbələri və artilleriya atəşi nəticəsində biri 73 yaşlı qadın olmaqla 3 nəfər həlak olub.

Lvovda rusların hücumları nəticəsində İkinci Dünya Müharibəsi zamanı Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparmış ukraynalı millətçi və hərbçi Roman Şuxeviçə həsr olunmuş muzeyə ciddi ziyan dəyib.

Dublyani şəhərindəki universitet binalarına da ziyan dəyib, lakin itkilər barədə məlumat verilməyib.

Ukraynanın Donetskin Rusiya tərəfindən işğal olunmuş rayonlarını atəşə tutması nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb, deyə regionun Kreml tərəfindən təyin olunmuş rəhbəri Denis Puşilin bildirib. Rusiya dövlət mediası ölənlər arasında bir jurnalistin olduğunu bildirsə də, hər hansı təfərrüat verməyib.

Rusiya ilə sərhəddə yerləşən Şebekino şəhərinin atəşə tutulması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb, deyə regionun qubernatoru Vyaçeslav Qladkov bildirib./turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024