«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“HƏMAS”-ın müasir Rusiya silahları işlətməsi haqda yeni fakt üzə çıxdı...- FOTO

Tarix: 04-01-2024 11:15 | Bölmə: Dünya | Baxış: 63
“HƏMAS”-ın müasir Rusiya silahları işlətməsi haqda yeni fakt üzə çıxdı...-FOTO

Bu rus silahının atəş məsafəsi 8 min metrə qədərdir...
 
Qəzza zolağında "HƏMAS" yaraqlılarının istifadə etdiyi 2016-cı ildə Rusiyada istehsal olunmuş "Kornet" tank əleyhinə raket kompleksinin(TƏRK) borusunun bir hissəsi tapılıb.
 
Yerli mediay xəbər verir ki,  buna İsrail ordusunun ehtiyatda olan zabiti Yiqal Levin diqqət çəkib.



Hərbi ekspert iddia edir ki, Fələstin ərəblərinin istifadə etdiyi "Kornet" tank əleyhinə raket sistemi 2016-cı ildə istehsal olunmuş ixrac versiyasıdır. Onun atəş məsafəsi 8 min metrə qədərdir.
 
İsrail hərbçilərinin İsrail Müdafiə Ordusuna(İMD) qarşı Rusiya silahlarından istifadə etməsinin aşkarlaması yenilik deyil. Bu, Moskvanın "HƏMAS"-a necə dəstək verdiyini, eləcə də terrorçuların humanitar ehtiyaclar və müasir silah növlərinin alınması üçün göndərilən xarici donorların əhəmiyyətli vəsaitlərini necə istifadə etdiyini açıq şəkildə göstərir.
 
Qeyd etmək lazımdır ki, "HƏMAS" yaraqlıları Rusiya Federasiyası, İran və Şimali Koreya silahlarından fəal şəkildə istifadə edirlər. Həmçinin söhbət "Kornet" TƏRK kimi modernləşdirilmiş silahlardan gedir.

Bu kompleks, rusiyalı jurnalistlərinin də yazdığı kimi, 1990-cı illərdən xaricə tədarük olunmağa başlayıb.
 
2010-cu ildə Qəzzadakı fələstinli ərəblərin "Kornet"ə sahib olması barədə ilk məlumat ortaya çıxdı. O zaman "Hizbullah"ın da malik olduğu tank əleyhinə raket sisteminin Qəzzaya Suriyadan gəldiyi güman edilirdi…
 
Ruslar Yaxın Şərqə təkcə tank əleyhinə sistemlər ötürmürlər. "Defense Express" mütəxəssislərinin fikrincə, söhbət həm də köhnə TƏRK-lərin "Faqot" və "Konkurs" nümunələrindən və 1988-ci ildə SSRİ-də istifadəyə verilmiş və istismar müddəti 15 il olan "PG-7VR- "Resume"" reaktiv qumbaraatanlarından gedir. 
 
Bu silahlar Suriyada “göz qamaşdırandan” sonra silahların digər terrorçulara keçməsinə heç bir maneə olmur.
 
S.Laçın


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024