2024-CÜ İLDƏ DÜNYANI TƏHDİD EDƏN 5 BÖYÜK TƏHLÜKƏ - Qlobal səhnədəki qeyri-müəyyənlik nə ilə nəticələnə bilər?
Planetimiz 2024-cü ilə əvvəlki illərdən daha qeyri-müəyyən və qeyri-sabit bir şəraitdə daxil oldu.
Press-fakt.com xəbər verir ki, ABŞ-nin "CNN" nəşri qlobal səhnədəki problemləri analiz edərək 2024-cü ildə dünyanı gözləyən əsas təhlükələrlə bağlı bir neçə proqnoz verib:
1. İsrail-Həmas müharibəsinin yayılma təhlükəsi
HƏMAS-ın 7 oktyabr hücumlarına cavab olaraq İsrailin Qəzza zolağında başlatdığı əməliyyatlar 2024-cü ildə də davam edir.
Humanitar düşərgələrdə yayılan xəstəliklər, səhiyyə və digər xidmətlərin əlçatan olmaması fonunda başlayan qlobal etirazlar müharibəni dayandırmaq yönündə İsrailə olan beynəlxalq təzyiqləri artırır. Buna məhəl qoymayan İsrail isə HƏMAS-a qarşı müharibənin aylarla davam edəcəyini açıqlayıb.
Son vaxtlar Livan-İsrail sərhədində İranın dəstəklədiyi islamçı militar qrup olan "Hizbullah" və İsrail Müdafiə Qüvvələri (IDF) arasında sərhədlərarası toqquşmaların baş verdiyini görürük.
Digər tərəfdən, yenə İraqda İranın dəstəklədiyi qrupların ABŞ səfirliyinə və mövqelərinə hücumlarının artdığı müşahidə olunur. Son vaxtlar Yemənin İran tərəfindən dəstəklənən üsyançı qrupları isə Qırmızı dəniz və Süveyş kanalında qlobal gəmiçilik marşrutlarına hücum etməyə başlayıblar. B
ütün bunlar Yaxın Şərqdə geniş münaqişə riskini artırır.
2. Rusiya-Ukrayna münaqişəsi üçüncü ilinə qədəm qoymağa hazırlaşarkən dalana dirənib
Ukrayna iki ilə yaxındır ki, azadlığı uğrunda mübarizə aparır, lakin beynəlxalq dəstəyin zəiflədiyini göstərən əlamətlər var. Nə Rusiya, nə də Ukraynanın heç bir qalibiyyət və ya güzəştə getmək istəyi yoxdur.
Ukrayna ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə apararkən, Rusiya Ukraynanı “nasifikasiya etmək”, onun NATO və digər Qərb strukturlarına qoşulmaq istəyinin qarşısını almaq istəyir.
Putin əvvəlki illə müqayisədə 2024-cü ildə özünə daha çox inanır. Qərbin dəstəyinin azalması Putinin Ukraynada qələbə ümidlərini daha da artırır. Avropanın Ukraynaya verə biləcəyi sursat və hərbi texnika məhduddur. Çünki artıq öz ehtiyatları tükənib.
3. ABŞ-dakı seçkinin qeyri-müəyyənliyi
Seçkilər həmişə vacibdir. 2024-cü ildə dünyanın müxtəlif ölkələrində 2 milyard insan səs vermək üçün sandıq başına gedəcək. Qlobal qeyri-sabitlik dövründə bu qədər insanın səsvermədə iştirakından daha vacib heç bir şey yoxdur. Noyabr ayının ilk günlərində isə bütün gözlər ABŞ-da olacaq.
Çünki noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilər Donald Trampın Ağ Evə qayıtmasını təmin edə bilər. Tramp Respublikaçı rəqiblərini xeyli qabaqlayır.
Rəy sorğularına görə, demokratlardan Co Baydenin nüfuzu isə yaşı ilə əlaqədar xeyli aşağı düşüb. İnsanlar onun prezident seçilməsi üçün çox yaşlı olduğunu düşünürlər.
4. Ərazi mübahisələri
Şərqi Avropa və Yaxın Şərqdəki müharibələrin göstərdiyi kimi, biz geosiyasi dönüş nöqtəsindəyik. Avtoritarizm tendensiyası və Qərb hegemonluğunun çoxdan gözlənilən məğlubiyyəti, nəhayət, baş verdi.
Çin və Rusiya Amerikanın birqütblüyündən qəti şəkildə uzaqlaşdılar. Geosiyasi güc oxları bir tərəfdən ABŞ və Aİ, digər tərəfdə isə Çin, İran, Rusiya və Şimali Koreyanı göstərir.
Bu, daha təhlükəli və qeyri-müəyyən qlobal mühitə gətirib çıxarır. Ərazi mübahisələri fonunda baş verən müharibələr getdikcə artmaqdadır.
Azərbaycanın uzun müddətdir mübahisəli olan Dağlıq Qarabağ bölgəsini ildırım sürəti ilə özünə qaytarması bunun yalnız bir nümunəsidir.
5. Süni intellekt inkişaf edir
Süni intellektin sürətli və bəzən həyəcan verici inkişafı davam edir. Əslində mövcud məlumatlar əsasında mətn, şəkillər və ya dizayn kimi yeni məlumatlar istehsal edən generativ süni intellektin tarixi 1950-ci illərə gedib çıxır. Ancaq biz bu həqiqətləri yalnız indi görə bilirik. Süni intellekt texnologiyası həyatımızın hər sahəsinə təsir etməyə başlayıb.
Süni intellekt sistemləri inkişaf etdikcə məxfilik, qərəzlilik və məsuliyyətlə bağlı suallar isə getdikcə daha əhəmiyyətli olur. Süni intellekt sistemlərinin insan hüquq və azadlıqlarına hörmət etməsini necə təmin edə bilərik?
Demokratik proseslərə süni intellekt müdaxiləsini necə izləmək və qarşısını almaq olar? Süni intellektlə qərar qəbul edərkən qərəzlilik riskini necə azalda bilərik?
Bunlar siyasətçilərin, tədqiqatçıların və ümumilikdə cəmiyyətin həll etməli olduğu suallardan yalnız bəziləridir. Amma süni intellekt mütəxəssisləri texnologiyanın gələcək miqyasını və nəticələrini belə başa düşə bilmirlər.
Dəyişikliklərin sürətini və onun bəşəriyyətə geniş təsirini nəzərə alsaq, bu, narahatedici bir fakt hesab oluna bilər.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 04-01-2024 19:00 | Bölmə: Dünya | Baxış: 104

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024