«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ institutu: "Rusiya xaricdən daha çox ballistik raket alacaq"

Tarix: 05-01-2024 11:21 | Bölmə: Dünya | Baxış: 84

Rusiya xaricdən daha çox ballistik raket alacaq.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, rəsmi Moskva bunun üçün səylərini gücləndirə bilər: "Çünki bu raketlər Ukraynadakı hədəfləri daha effektiv vurur. Rusiya qüvvələri Ukraynanın cəbhə xəttinə daha yaxın şəhərlərinə zərbələr endirmək üçün müntəzəm olaraq qısa mənzilli ballistik raketlərdən istifadə edir və onlar effektiv formada Ukraynanın hava hücumundan müdafiə vasitələrindən yayınır".

Amerikalı analitiklərin fikrincə, Ukrayna hava hücumundan müdafiə sistemləri Rusiyanın daha çox qanadlı raketini zərərsizləşdirə bilir, nəinki ballistik raketləri: "Ukrayna hava hücumundan müdafiə vasitələri 29 dekabr 2023-cü il tarixindən etibarən intensivləşdirilmiş hücumlarda Rusiyanın 166 qanadlı raketindən 149-nu məhv edib.

Amma həmin müddət ərzində Rusiyanın atdığı cəmi bir neçə ballistik raket zərərsizləşdirilib. Rusiyanın müdafiə sənayesi bazası, çox güman ki, Ukraynada davamlı zərbə kampaniyası üçün tələb olunan miqyasda ballistik raketlər istehsal edə bilməz".

Xatırladaq ki, Rusiya və Ukrayna son günlər müntəzəm olaraq bir-birilərinin ərazilərinə raket hücumu həyata keçirir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Prezident əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024