«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Rusiya Şimali Koreyadan raketlər əldə edib və yeni hücuma hazırlaşır"- "The Telegraph"

Tarix: 06-01-2024 15:40 | Bölmə: Dünya | Baxış: 63


"Rusiya yanvarın 15-də Ukraynanın Xarkov şəhərinə yeni hücuma cəhd edə bilər..."

"Şimali Koreya raketlərinin Rusiyaya verilməsi Pxenyanla ticarətin məhdudlaşdırılmasına dair qüvvədə olan bir neçə qətnamənin pozulmasıdır..."
 
Son günlər Ukraynanın Xarkov vilayətinin güclü atəşlərə turulması Rusiya qoşunlarının Xarkova yeni genişmiqyaslı hücumuna hazırlığının bir hissəsidir.
 
Bu barədə Britaniyanın "The Telegraph" nəşri Ukrayna kəşfiyyatına istinadən yazıb.
 
"Yerüstü əməliyyat artıq yaxın zamanlarda başlaya bilər. Kiyev Rusiyanın yeni hücumunun yanvarın 15-də baş tutacağının mümkünlüyünü bəyan edib.
 
Bu zaman Rusiya Xarkov vilayəti sərhəddinin yaxınlığında yerləşən Kupyansk, Svatovo və Kremennaya məntəqələrini əhatə edən cəbhə xətti boyunca öz mövqelərini möhkəmləndirməyə cəhd edir, lakin əhəmiyyətli uğurlar qazana bilmir", - nəşr qeyd edib.
 
Ukraynanın ikinci böyük şəhəri, demək olar ki, hər gün raket hücumuna məruz qalır. Şəhər qubernatoru Oleq Sinequbovun sözlərinə görə, Rusiya "gərginliyi saxlamaq və əhalini faktiki olaraq terrora məruz qoymaq üçün xaotik atəşlərdən istifadə edir".
 
Bu ərəfədə məlumat verilib ki, Rusiya İrandan yaxın mənzilli ballistik raketlər almağı planlaşdırır, bu isə onun Ukraynaya zərbələr endirmək imkanını genişləndirəcək.
 
Bu gün rəsmi Vaşinqton bəyan edib ki, Rusiya ordusu son həftələr ərzində Ukraynanı Şimali Koreyadan alınan raketlərlə bombardmanlara məruz qoyur.
 
Ağ evin rəsmi nümayəndəsi Con Kirbinin  sözlərinə görə, ABŞ  hesab edir ki, Rusiya Şimali Koreyadan tədarük edilən raketlərdən ən azı dekabrın 30-da və yanvarın 2-də hücumlar zamanı istifadə edib. 
 
Amerikanın rəsmi şəxsləri bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldırmaq niyyətindədir. Onlar iddia edir ki, Şimali Koreya raketlərinin Rusiyaya verilməsi Pxenyanla ticarətin məhdudlaşdırılmasına dair qüvvədə olan bir neçə qətnamənin pozulmasıdır.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024