«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Zelenski Rusiyanın 300 milyardlıq aktivlərini tələb edir – G7 sammitində qərar qəbul oluna bilər?

Tarix: 07-01-2024 12:10 | Bölmə: Dünya | Baxış: 55



Prezident Volodimir Zelenski Qərb dövlətlərini Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra dondurulmuş Rusiyanın xaricdəki təxminən 300 milyard dollar aktivini ölkəsinə verməyə çağırıb. 

Zelenskinin fikrincə, bu, Rusiyanın təcavüz üçün ödəyəcək ədalətli bədəl olardı.

Zelenski “X” sosial şəbəkədəki hesabında yazıb: “Bu, dünyanın bütün potensial təcavüzkarları üçün düzgün siqnal olacaq: başqa dövlətə hücum dividend gətirmir, təcavüzkar sonda ödəməyə məcbur olur”.

Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın xeyrinə müsadirə etməyin yollarını fəal şəkildə araşdırır. Son həftələrdə ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı özəl danışıqlarda daha iddialı mövqe tutduğu deyilir. G7 iclaslarında ABŞ tələb edir ki, aktivlərin müsadirəsi üçün “beynəlxalq hüquqa uyğun” bir yol var.

Qəzetin gördüyü ABŞ hökumətinin sənədində deyilir: “G7-nin üzvləri və digər dövlətlər Rusiyanı təcavüzünə son qoymağa sövq etmək üçün əks tədbir kimi Rusiyanın aktivlərini müsadirə edə bilərlər”.

Bu məsələ fevralda Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümünü ərəfəsində G7 liderlərinin mümkün görüşündə müzakirə oluna bilər.

Qeyd olunur ki, danışıqların intensivləşməsi Ukraynaya dəyəri 100 milyard dollardan çox olan iki maliyyə yardımı paketinin taleyi ilə bağlı qeyri-müəyyənlikdən irəli gəlir.

ABŞ Konqresi hələ də Kiyevin 2024-cü il üçün maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etməyib.

Macarıstanın Baş naziri Viktor Orban isə dekabrın 14-də Aİ-nin sammitində İttifaqın yaxın illərdə Ukraynaya 50 milyard avro həcmində iqtisadi yardım ayırmasına mane olub.

Moskva isə dondurulmuş Rusiya aktivlərinin müsadirə ediləcəyi təqdirdə cavab tədbirləri görəcəyi ilə hədələyib.
2022-ci ilin fevralından Qərb ölkələrində Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq ehtiyatları dondurulub.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024