«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"ALMANİYADA NAMƏLUM DRONLAR UKRAYNALI HƏRBÇİLƏRİN TƏLİMİNƏ CASUSLUQ EDİR"- "Bild"

Tarix: 07-01-2024 15:30 | Bölmə: Dünya | Baxış: 56


"Casus dronların işi mükəmməl təşkil edilib və Rusiyanın dəst-xəttinə çox oxşayır..."
 
"Bir ildən artıqdır ki, Almaniyanın hərbi poliqonları üzərində naməlum dronlar uçur, onlardan heç birini düşürmək mümkün olmayıb..."
 
Naməlum dronlar hər həftə hərbi poliqonlar və kazarmalar üzərində uçur, lakin bir ildən artıqdır ki, onların birini də ələ keçirmək mümkün olmayıb.
 
Bu barədə Almaniyanın "Bild" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, casus pilotsuz uçuş aparatlarının meydana çıxması barədə 2022-ci ilin oktyabrından məlumat verilib.
 
Xüsusilə Bundesver tərəfindən ukraynalıların təlimləri təşkil edilən poliqonlar üzərində bu dronlar daha çox peyda olur.
 
"Dronlar müntəzəm olaraq Bundesverin ukraynalılara təlim keçdiyi "Klits" hərbi poliqonu üzərində görünür. Başqa obyektlərdə bəzən hava məkanına bir neçə dronlar daxil olur. Bunlar mükəmməl təşkil edilib və Rusiyanın dəst-xəttinə çox oxşayır", - nəşrə şərhində ekspertlərdən biri qeyd edib.
 
Qeyd olunur ki, hərbi polis dronlara qarşı radiomaneələr üçün qurğulardan istifadə edir, lakin vəziyyət yaxşılaşmır.
 
"Bundesver dronlar hücumunun arxasında Moskvanın dayandığından şübhələnir, amma bunu sübut edə bilmir. Çünki səmada  bir dronu da əldə keçirə bilməyib", - nəşr yazıb.
 
Qeyd edilir ki, 2023-cü il noyabrın 15-də Bundesver pilotsuz uçuş aparatları üzrə operativ qrup yaradıb və bu qrupa briqada generalı Volfqanq Yordan rəhbərlik edir. 
 
Lakin "iki ay keçdikdən sonra hələ də hiss ediləcək nəticələr yoxdur".
 
Xatırladaq ki, 2022-ci llin oktyabrında Almaniya Müdafə Nazirliyi məlumat verib ki, naməlum şəxslər pilotsuz uçuş aparatlarının köməyilə Bundesverin "Dingo" zirehli avtomobillərində ukraynalı hərbçilərin təlim keçdiyi "Vildfleken" məşq poliqonuna casusluq etməyə cəhd göstərib.
 
O zaman məlumar verilib ki, təlim poliqonu üzərində ən azı on pilotsuz uçuş aparatı olub.
 
Ukrayna hərbçilərinin mümkün izlənilməsinin arxasında kimin dayandığı barədə nazirlik məlumat verməyb, lakin qeyri-rəsmi olaraq Rusiyadan şübhələndiyi deyilib./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024