«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Xaricdəki rusiyalılar səs verə bilməyəcək - Kreml səfirliklərdə seçki məntəqələri yaratmaqdan imtina etdi

Tarix: 09-01-2024 18:18 | Bölmə: Dünya | Baxış: 114



“Moskva Rusiya hakimiyyətinin qeyri-dost ölkələr siyahısına daxil etdiyi ölkələrdə prezident seçkiləri üçün seçki məntəqələri yaratmaqdan imtina edə bilər. 
Bura Aİ ölkələri, ABŞ, Avstraliya, Böyük Britaniya, İsveçrə, Monteneqro, Yaponiya, qismən tanınan Tayvan olmaqla ümumilikdə 49 dövlət daxildir”.

Bu barədə “Vedomosti” qəzeti hökumətdəki mənbələrinə istinadla yazıb.
Seçkilərdə səsvermə martın ortalarına təyin edilib. Rusiya Xarici İşlər Nazirliyi mümkün qərarın səbəbi kimi seçicilərin təhlükəsizliyini göstərir.

2018-ci il prezident seçkilərində 444 min nəfər xaricdə səs verib. Rəsmi nəticələrə görə, seçicilərin 85 faizi Vladimir Putinə səs verib ki, bu da ölkə üzrə orta göstəricidən çoxdur (onun ümumi nəticəsi 76,6 faiz olub).

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Rusiyanın siyasətindən narazı qalan on minlərlə insan Rusiyanı tərk edib. Təkcə 2022-ci ildə yalnız Aİ ölkələrində 94 mindən çox rus yeni yaşayış icazəsi alıb.

“Dost olmayan” ölkələrdə seçki məntəqələrinin açılmaması xaricdəki rusiyalıların seçkilərdə iştirakına imkan verməyəcək. Qanuna görə, xaricdən elektron səsvermə ola bilməz.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024