YENİ ESKOBARIN ZÜHURU - Banan ölkəsi Ekvadoru nə neft xilas edir, nə də demokratiya
Mərkəzi və Cənubi Amerikada yerləşən ölkələrinin əsas bəlası əndazəsini aşmış narkotik qaçaqmalçılığı, kütləviləşən cinayətkarlıq, davam edən kasıbçılıqdır.
Meksikadan tutmuş Boliviyaya qədər milyonlarla insan güzəranını narkotik maddələr istehsalı və ticarətilə təmin etməyə çalışır.
Afrikadan sonra ən kasıb ölkələr bu regionda yerləşir. Ekvador Mərkəzi və Cənubi Amerikanın ən kasıb ölkələri arasında beşincidir. Ondan qabaqkı yerləri Haiti, Honduras, Nikaraqua və Boliviya tutur.
Qaçan şəxs ölkənin ən böyük ikinci cinayətkar qruplaşmasının lideri Fabrisio Kolon Pikodur. Bu günlərdə onu başqa cəzaçəkmə müəssisinə köçürməliymişlər.
Həbsxanada qiyamı və iğtişaşı onun tərəfdarları bu səbəbdən törədiblər ki, liderlərinin köçürüldüyü yeni türmənin qayda-qanunları daha sərt olacaq və o, qaça bilməyəcək.
Məhbuslar öz liderlərinin türmədən qaçmasını təmin etmək üçün partlayıcı maddələr, daşlar və odlu silahlardan istifadə edərək təhlükəsizlik qüvvələrinə və nəzrətçilərə hücum ediblər. Polis onların öhdəsindən gələ bilməyib.
Nəticədə “Kapitan Piko” ilə birlikdə həbsxanadan 30-dan çox adam qaçıb. Onların 20-si ələ keçsə də, hələlik baş mafiozun harada gizləndiyi məlum deyil. Güman olunur ki, o, Ekvadarun hüdudlarından kənardadır.
Pikonun cinayətkar dəstəsi narkotik ticarəti üzrə ixtisaslaşıb. Ötən ilin məlumatına görə, qrupun 8 min üzvü var. Bu “ordu” ölkənin ən böyük canilər dəstəsi olan “Los Çoneros”dan ayrılıb.
Onun lideri isə Fito kimi tanınan Adolfo Makias Villamardır. Bu həftə Fito da həbsxanadan qaçıb.
Fabrisio Kolon Piko yanvarın 5-də saxlanılıbmış. Ona adam oğurluğu ilə bağlı ittiham irəli sürülüb. Həmçinin Piko Ekvadorun baş prokuroru Diana Salazarın həyatına sui-qəsd hazırlamaqda şübhəli bilinir.
Bax, Ekvador belə bir ölkədir. Bu ölkə 1830-cu ildə Qran-Kolumbiya Respublikasından ayrılıb. Ölkə ekvator xəttinin hər iki tərəfində yerləşdiyi üçün “Ekvador” adını buradan götürüb.
Ekvador tarixən daxili sabitliyi taraz olmayan, hərbi çevrilişlərlə zəngin olan, siyasi qarşıdurmaların səngimədiyi, hakimiyyət dəyişikliklərinin tez-tez baş verdiyi bir ölkədir.
Müstəqil dövlət kimi fəaliyyət göstərdiyi 194 ildə bu ölkəyə 56 prezident rəhbərlik edib. Hazırda Ekvadorun prezidenti Daniel Noboa adlı 36 yaşlı bir gəncdir.
O, bu vəzifəyə ölkənin ən varlı biznesmeni olan atası Alvaro Noboanın sayəsində, onun nüfuzu və pulu ilə seçilib. Alvaro Noboa özü Ekvador prezidenti postuna 5 dəfə namizəd olsa da, hər dəfə daha güclü rəqibinə uduzub.
Nəhayət o, özünə qismət olmayan prezident mandatına və kreslosuna oğlunun yiyələnməsini təşkil edə bilib.
Atası ispan, anası rus olan Daniel Noboa 36 yaşının tamamına 1 həftə qalımış, keçən ilin noyabr ayının 23-də keçirilən seçkilərin 2-ci turunda 52 faiz səs toplayaraq prezident seçilib.
Prezidentliyinin 50 günü tamam olmamış iki mafiya liderinin türmədən qaçması göstərir ki, gənc prezidentin işi çətin olacaq – həm ölkənin itisadiyyatının dirçəldilməsi sahəsində, həm də kriminogen durum nəzarət altına alınması işində.
Ekvador iqtisadiyyatının əsasını neft hasilatı və ixracı təşkil edir. Neft sektorundan gələn mənfəət ölkənin ixrac gəlirlərinin yarıdan çoxunu təşkil edir. Bundan başqa, Ekvador dünyanın ən böyük banan ixracatçısıdır və bu sahə Noboa ailəsinin inhisarındadır.
2000-ci ildə Ekvador ağır iqtisadi böhranla üzləşib və xarici borclarını ödəyə bilməyib. 2000-ci ilin martında parlament bir sıra struktur islahatlarını, o cümlədən ABŞ dollarının Ekvadorun milli valyutası kimi dövriyyəyə buraxılmasını təsdiqləyib. Dollarlaşma iqtisadiyyatı sabitləşdirib və iqtisadi artım başlayıb.
Lakin 2006-cı ildə hökumət Ekvadorda fəaliyyət göstərən xarici və özəl neft şirkətlərinə vergiləri kəskin şəkildə artırıb və bu, ölkənin neft sektorunun istehsalını dərhal kəskin şəkildə azaldıb.
Bu, iqtisadi qeyri-sabitliyə gətirib çıxardı, özəl investisiyalar kəskin şəkildə azalıb və iqtisadiyyatın ümumi göstəriciləri aşağı düşüb.
Adambaşına düşən ümumi daxili məhsulun həcminə görə Ekvador dünyada 123-cü yeri tutur, işsizlik səviyyəsi yüksəkdir.
Ölkə əhalisinin bir xeylisinin narkokartellərə “könül verməsi” məhz kütləvi işsizlik üzündəndir.
Belə anlaşılır ki, dünyada ən tələb olunan meyvənin – bananın 1 nömrəli ixracatçısı olmaq, neft hasil etmək, demokratik seçkilər keçirmək hələ bir ölkənin əhalisinin kasıbçılıqdan qurtulmasına səbəb vermir, ölkə əhalisinin güzəranını təmin etmək üçün çox iş görmək, ağıllı siyasət yeritmək lazımdır./musavat.com
Digər xəbərlər
Tarix: 10-01-2024 17:30 | Bölmə: Dünya / Kriminal | Baxış: 93
Mərkəzi və Cənubi Amerikada yerləşən ölkələrinin əsas bəlası əndazəsini aşmış narkotik qaçaqmalçılığı, kütləviləşən cinayətkarlıq, davam edən kasıbçılıqdır.
Meksikadan tutmuş Boliviyaya qədər milyonlarla insan güzəranını narkotik maddələr istehsalı və ticarətilə təmin etməyə çalışır.
Afrikadan sonra ən kasıb ölkələr bu regionda yerləşir. Ekvador Mərkəzi və Cənubi Amerikanın ən kasıb ölkələri arasında beşincidir. Ondan qabaqkı yerləri Haiti, Honduras, Nikaraqua və Boliviya tutur.
Bu günlərdə Ekvadorun adı dünya mediasının gündəminə Los Lobos həbsxanada törədilən qiyama və iki mafiya liderinin həbsxanadan və ölkədən qaçmasına görə çıxıb.
Qaçan şəxs ölkənin ən böyük ikinci cinayətkar qruplaşmasının lideri Fabrisio Kolon Pikodur. Bu günlərdə onu başqa cəzaçəkmə müəssisinə köçürməliymişlər.
Həbsxanada qiyamı və iğtişaşı onun tərəfdarları bu səbəbdən törədiblər ki, liderlərinin köçürüldüyü yeni türmənin qayda-qanunları daha sərt olacaq və o, qaça bilməyəcək.
Məhbuslar öz liderlərinin türmədən qaçmasını təmin etmək üçün partlayıcı maddələr, daşlar və odlu silahlardan istifadə edərək təhlükəsizlik qüvvələrinə və nəzrətçilərə hücum ediblər. Polis onların öhdəsindən gələ bilməyib.
Nəticədə “Kapitan Piko” ilə birlikdə həbsxanadan 30-dan çox adam qaçıb. Onların 20-si ələ keçsə də, hələlik baş mafiozun harada gizləndiyi məlum deyil. Güman olunur ki, o, Ekvadarun hüdudlarından kənardadır.
Pikonun cinayətkar dəstəsi narkotik ticarəti üzrə ixtisaslaşıb. Ötən ilin məlumatına görə, qrupun 8 min üzvü var. Bu “ordu” ölkənin ən böyük canilər dəstəsi olan “Los Çoneros”dan ayrılıb.
Onun lideri isə Fito kimi tanınan Adolfo Makias Villamardır. Bu həftə Fito da həbsxanadan qaçıb.
Fabrisio Kolon Piko yanvarın 5-də saxlanılıbmış. Ona adam oğurluğu ilə bağlı ittiham irəli sürülüb. Həmçinin Piko Ekvadorun baş prokuroru Diana Salazarın həyatına sui-qəsd hazırlamaqda şübhəli bilinir.
Bax, Ekvador belə bir ölkədir. Bu ölkə 1830-cu ildə Qran-Kolumbiya Respublikasından ayrılıb. Ölkə ekvator xəttinin hər iki tərəfində yerləşdiyi üçün “Ekvador” adını buradan götürüb.
Ekvador tarixən daxili sabitliyi taraz olmayan, hərbi çevrilişlərlə zəngin olan, siyasi qarşıdurmaların səngimədiyi, hakimiyyət dəyişikliklərinin tez-tez baş verdiyi bir ölkədir.
Müstəqil dövlət kimi fəaliyyət göstərdiyi 194 ildə bu ölkəyə 56 prezident rəhbərlik edib. Hazırda Ekvadorun prezidenti Daniel Noboa adlı 36 yaşlı bir gəncdir.
O, bu vəzifəyə ölkənin ən varlı biznesmeni olan atası Alvaro Noboanın sayəsində, onun nüfuzu və pulu ilə seçilib. Alvaro Noboa özü Ekvador prezidenti postuna 5 dəfə namizəd olsa da, hər dəfə daha güclü rəqibinə uduzub.
Nəhayət o, özünə qismət olmayan prezident mandatına və kreslosuna oğlunun yiyələnməsini təşkil edə bilib.
Atası ispan, anası rus olan Daniel Noboa 36 yaşının tamamına 1 həftə qalımış, keçən ilin noyabr ayının 23-də keçirilən seçkilərin 2-ci turunda 52 faiz səs toplayaraq prezident seçilib.
Prezidentliyinin 50 günü tamam olmamış iki mafiya liderinin türmədən qaçması göstərir ki, gənc prezidentin işi çətin olacaq – həm ölkənin itisadiyyatının dirçəldilməsi sahəsində, həm də kriminogen durum nəzarət altına alınması işində.
Ekvador iqtisadiyyatının əsasını neft hasilatı və ixracı təşkil edir. Neft sektorundan gələn mənfəət ölkənin ixrac gəlirlərinin yarıdan çoxunu təşkil edir. Bundan başqa, Ekvador dünyanın ən böyük banan ixracatçısıdır və bu sahə Noboa ailəsinin inhisarındadır.
2000-ci ildə Ekvador ağır iqtisadi böhranla üzləşib və xarici borclarını ödəyə bilməyib. 2000-ci ilin martında parlament bir sıra struktur islahatlarını, o cümlədən ABŞ dollarının Ekvadorun milli valyutası kimi dövriyyəyə buraxılmasını təsdiqləyib. Dollarlaşma iqtisadiyyatı sabitləşdirib və iqtisadi artım başlayıb.
Lakin 2006-cı ildə hökumət Ekvadorda fəaliyyət göstərən xarici və özəl neft şirkətlərinə vergiləri kəskin şəkildə artırıb və bu, ölkənin neft sektorunun istehsalını dərhal kəskin şəkildə azaldıb.
Bu, iqtisadi qeyri-sabitliyə gətirib çıxardı, özəl investisiyalar kəskin şəkildə azalıb və iqtisadiyyatın ümumi göstəriciləri aşağı düşüb.
Adambaşına düşən ümumi daxili məhsulun həcminə görə Ekvador dünyada 123-cü yeri tutur, işsizlik səviyyəsi yüksəkdir.
Ölkə əhalisinin bir xeylisinin narkokartellərə “könül verməsi” məhz kütləvi işsizlik üzündəndir.
Belə anlaşılır ki, dünyada ən tələb olunan meyvənin – bananın 1 nömrəli ixracatçısı olmaq, neft hasil etmək, demokratik seçkilər keçirmək hələ bir ölkənin əhalisinin kasıbçılıqdan qurtulmasına səbəb vermir, ölkə əhalisinin güzəranını təmin etmək üçün çox iş görmək, ağıllı siyasət yeritmək lazımdır./musavat.com
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024