«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
BMT-də İsrailin soyqırım cinayətləri araşdırılacaq – 23 mindən artıq fələstinli qətlə yetirilib...

Tarix: 11-01-2024 13:20 | Bölmə: Dünya | Baxış: 76



Yanvarın 11-də İsrail BMT ali məhkəməsində özünü Qəzzada soyqırımı ittihamlarına qarşı müdafiə etməyə hazırlaşır. 

Bu arada Baş nazir Binyamin Netanyahu bəzi şovinist nazirlərin bu anklavı həmişəlik işğal etməklə bağlı çağırışlarını ilk dəfə rədd edib.

İsrail Qəzzada fələstinlilərə qarşı işğalçı müharibəni davam etdirir. Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi isə Cənubi Afrika Respublikasının (CAR) dekabrda qaldırdığı iddia üzrə ikigünlük dinləmələr keçirəcək. İddiada bu müharibənin 1948-ci il Soyqırımı Konvensiyasını pozduğu deyilir.

İsrail hökumətinin sözçüsü Eylon Levi isə bu ittihamları qəbul etmədiklərini bildirib.

Qeyd edək ki, bu dinləmə CAR-ın İsrailin Qəzzada hərbi əməliyyatları dayandırmasına çağıran təcili qərar istəməsi ilə bağlıdır. "Dünya məhkəməsi" kimi tanınan Beynəlxalq Ədalət Məhkəməsində işin halları üzrə proses illərlə çəkə bilər.

Yanvarın 10-da axşam Kolumbiya və Braziliya CAR-a dəstək ifadə ediblər.

İsrail HƏMAS-ın 7 oktyabr hücumundan sonra Qəzzanı bombalamağa başlayıb. İşğalçılar Qəzzanın böyük hissəsini yerlə-yeksan edib, anklavın 2.3 milyonluq əhalisinin, demək olar, hamısı azı bir dəfə evlərini tərk etməli olublar, humanitar fəlakət yaranıb. Azı 23 mindən artıq fələstinli öldürülüb.

Daim insan hüquqlarından dəm vuran ABŞ hökuməti  isə minlərlə dinc fələstinlinin, qadın və uşaqların qətlə yetirilməsinə dəstək verir. İsrailə qarşı nəinki genosid ittihamlarını qəbul etmir, atəşkəsin elan olunması ilə bağlı BMT qətnamələrinə belə veto qoyur.

Press-fakt.com


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024