«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Cənubi Afrikanın İsrailə qarşı “soyqırımı” iddiasına baxılır - Haaqa Məhkəməsində

Tarix: 11-01-2024 19:15 | Bölmə: Dünya | Baxış: 80



Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrikanın Qəzzada müharibə aparmasına görə, İsrailə qarşı qaldırdığı “soyqırımı” iddiasına baxmağa başlayıb.

APA xəbər verir ki, iş üzrə İsrail Holokostdan sonra qəbul edilmiş 1948-ci il Soyqırımı Konvensiyasını pozmaqda ittiham edilir.

“Fələstində zorakılıq və dağıntılar oktyabrın 7-də başlamayıb, onlar son 76 ildir zorakılıq yaşayırlar. İsrail Qəzza zolağında quru keçidlərinə və mülki infrastruktura nəzarət edir. 

İsrailin bir neçə girişə nəzarət etdiyi Qəzzaya giriş və çıxış qəti qadağandır. Beynəlxalq hüquqa görə Qəzza hələ də işğal olunmuş sayılır. Cənubi Afrika 7 oktyabr 2023-cü ildə HAMAS-ın mülki şəxslərə hücumunu və onları girov götürməsini birtərəfli olaraq pisləyib. 

Lakin nə qədər ciddi olursa-olsun, heç bir hücum konvensiyanın pozulmasına bəraət qazandıra bilməz. İsrail bu xətti keçib və Konvensiyanı pozub”, - deyə CAR-ın ədliyyə naziri Ronald Ramola bildirib.

İsrail hökumətinin nümayəndəsi Eilon Levy məhkəmə işini antisemitik adlandırıb və Pretoriyanın HAMAs üçün siyasi və hüquqi çətir yaratmağa çalışdığını deyib.
Cənubi Afrika Prezidenti Siril Ramaposa qeyd edib ki, ölkənin Qəzza ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilməsinin əsas motivasiyası CAR-ın özünün aparteid tarixidir.

“Reuters“in məlumatına görə, İsrailin Qəzzanı bombardman etməsi nəticəsində 23 min nəfər həlak olub, 2,3 milyon fələstinli evindən didərgin düşüb.

Blokadanın qida, yanacaq, dərman tədarükünü kəskin şəkildə məhdudlaşdırdığı, BMT-nin bu vəziyyəti humanitar fəlakət adlandırdığı qeyd edilib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024