ABŞ və Böyük Britaniya Yəməndə hərbi əməliyyat başlatdı - Nə baş verir?
Bu gecə ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin üsyançı hərəkatı “Ənsar Allah”ın (husilər) hədəflərinə hücum edib.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 12-01-2024 10:05 | Bölmə: Dünya | Baxış: 93
Bu gecə ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin üsyançı hərəkatı “Ənsar Allah”ın (husilər) hədəflərinə hücum edib.
Xarici KİV xəbər verir ki, iki Qərb dövlətinin nümayəndələrinin sözlərinə görə, husilərin raketlərinin yerləşdiyi yerlər, pilotsuz təyyarələr və radar stansiyaları vurulub.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə zərbələr endirəcəklərini və bu ölkə ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
Yanvarın 11-də axşam “The Times” qəzetinin jurnalisti Stiven Svinford “X” (keçmiş Tvitter) səhifəsində yazıb ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Nazirlər Kabineti ilə “Ənsar Allah”ın Qırmızı dənizdəki hərəkətlərinə Qərb koalisiyasının mümkün cavabını müzakirə edəcək.
Axşam saatlarında isə jurnalist Böyük Britaniya və ABŞ-nin yaxın vaxtlarda Yəmənə zərbələr endirəcəyini xəbər verdi.
Husilər isə bəyan etdilər ki, ABŞ və Böyük Britaniya Yəmənə hava zərbələri endirərsə, cavab tədbiri görəcəklər.
Bu açıqlamadan bir müddət sonra “Al Hadath TV” xəbər verib ki, ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Hudeydə liman şəhəri yaxınlığında husilərin mövqelərinə zərbələr endiri. “Reuters” agentliyi də Amerika rəsmilərinə istinadən, zərbələr barədə məlumatu təsdiqləyib.
“Al Hadath”a görə, Səna, Səda, Hodeyda, Taiz və Damar şəhərlərində partlayışlar baş verib.
“Sky News” isə Səna Beynəlxalq Hava Limanının güclü bombardmana məruz qaldığını bildirib.
Amerika televiziya kanalı “NBC News”un məlumatına görə, Amerika və Böyük Britaniya hərbçiləri “Tomaqavk” qanadlı raketləri ilə gəmilərdən zərbələr endiriblər.
“Reuters” isə yazıb ki, husilərin mövqelərinə zərbələr təyyarə, gəmi və sualtı qayıqlardan həyata keçirilib.
ABŞ Prezidenti Co Bayden Yəməndəki zərbənin husilərin Qırmızı dənizdə misli görünməmiş hücumlarına cavab olduğunu bəyan edib. O bildirib ki, zərbələr Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə həyata keçirilib.
ABŞ və Böyük Britaniya liderləri qeyd ediblər ki, zərbələr müdafiə xarakteri daşıyır.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə husiləri mülki gəmiləri atəşə tutmağı dayandırmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb.
Vaşinqton Yəməndəki husilərə cavab olaraq hərbi və azad beynəlxalq ticarəti qorumaq üçün əlavə tədbirləri istisna etməyib.
Husi rəhbərliyinin sözçüsü Abdullah bin AmerƏl-Cəzirə bildirib ki, hərəkat regiondakı ABŞ və Böyük Britaniya bazalarını vuracaq.
Yəmən Xarici İşlər Nazirliyinin sədr müavini Hüseyn əl-Əzi isə bildirib ki, Yəmənə qarşı kütləvi hücumlara görə London və Vaşinqton “yüksək qiymət” ödəməyə hazır olmalıdırlar.
Rusiya isə ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə əlaqədar yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
Səudiyyə Ərəbistanı bölgədə təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırıb.
Press-fakt.com
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024