“Dünya müharibəsinə səbəb ola biləcək seçim”- AUKUS və Yaponiya koalisiyası Çinə qarşı
Şahin Cəfərli
Ş. Cəfərli qeyd edib ki, III düyna müharibəsinin məhz bu regionda çıxması ehtimalı çox yüksəkdir:
Press-fakt.com
Digər xəbərlər
Tarix: 14-01-2024 17:35 | Bölmə: Dünya | Baxış: 131
“Dünən Tayvanda keçirilən prezident seçkilərində hakimiyyətdəki Demokratik Proqressiv Partiyanın namizədi, mövcud vitse-prezident Lay Çinq-te qalib gəlib.
Bu, DPP-nin ardıcıl 3-cü qələbəsidir. Çin Xalq Respubikası hökuməti bu seçkilərdə “Homindan”ın namizədini dəstəkləyirdi və tayvanlıları ona səs verməyə çağırmışdı.
“Homindan” 1949-cu ildə vətəndaş müharibəsində kommunistlərə məğlub olduqdan sonra Tayvan adasına sığınmış o zamankı Çin Respublikasının rəhbəri Çan Kayşinin partiyasıdır.
DPP Tayvanın müstəqilliyinin tərəfdarıdır və əksəriyyət etibarilə liberal gəncliyin ağırlıqda olduğu elektoral bazaya söykənir. “Homindan” isə Pekinlə yaxın dialoq və əməkdaşlığa tərəfdardır və seçiciləri əsasən mühafizəkar yaşlı nəsildir”.
Bunu Tayvanda keçirilən seçkiləri şərh edən politoloq Şahin Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.
“Nəticələr Pekində məyusluq və qəzəblə qarşılanıb. Məlumdur ki, Çin rəhbərliyi Tayvanı nəyin bahasına olursa olsun, o cümlədən ehityac yaranarsa, hərbi güc vasitəsilə ana vətənə birləşdirəcəyini elan edib. Tayvan öz müstəqilliyini elan edərsə, dərhal hərbi müdaxiləyə başlanılması barədə xüsusi qanun var.
Bu məsələdə Çini çəkindirən əsas amil ABŞ və onun ətrafındakı anqlo-sakson dünyasının digər 2 böyük dövləti (Britaniya, Avstraliya) və Yaponiyadan ibarət koalisiyadır.
Çinin tək ABŞ ilə bacaracağı şübhə altındaykən AUKUS (ABŞ-Böyük Britaniya-Avstraliya) + Yaponiya birləşmiş qüvvələrinin öhdəsindən gəlməsi əlbəttə ki, mümkün deyil.
Düzdür, Tayvan hücuma məruz qalarsa, ABŞ-nin onu müdafiə edəcəyinə dair hər hansı konkret razılaşma və öhdəlik yoxdur.
Lakin 1979-cu ildə ABŞ yeganə Çin hökuməti kimi Pekindəki hökuməti tanıdıqdan sonra Konqresin qəbul etdiyi Tayvanla münasibətlər haqqında xüsusi qanunda deyilir ki, Tayvanın gələcəyinin sülh yolu ilə deyil, digər vasitələrlə müəyyənləşdirilməsi cəhdi ABŞ tərəfindən qəbul olunmayacaq.
Yəni Tayvana birbaşa təhlükəsizlik təminatı verilməsə də, ada hökumətinə müasir silahların satışına icazə var və Çinin hücumu halında ABŞ-nin müdaxilə edə biləcəyinə işarə vurulur. Bu siyasət strateji qeyri-müəyyənlik (strategic ambiguity) adlanır.
Tayvanı müdafiə etməyə dair hüquqi öhdəliyi olsa da, olmasa da, aydındır ki, ABŞ geostrateji əhəmiyyəti həddən artıq böyük olan, Cənubi Çin və Şərqi Şin dənizlərini birləşdirən Tayvan boğazının Pekinin nəzarətinə keçməsinə yol vermək istəməz. Dünya dəniz daşımaçılığının üçdə biri buradan keçir, bölgə təbii ehtiyatlarla zəngindir.
Məsələn, Yaponiyanın Tayvan məsələsindəki həssaslığı ABŞ-nin müttəfiqi olması və öz siyasətini Vaşinqtonun siyasətinə uyğunlaşdırması zərurəti ilə bağlı deyil, bilavasitə öz geoiqtisadi və təhlükəsizlik maraqlarından irəli gəlir.
Buradakı ticarət yolunun Çinin nəzarətinə keçməsi, eləcə də mübahisəli adalar üzərində Pekinin öz hakimiyyətini bərqərar etməsi Yaponiya üçün kabus ssenarisi olardı. (Şərqi Çin dənizindəki Senkaku arxipelaqı Çin və Yaponiya arasında mübahisə səbəbidir.
Cənubi Çin dənizindəki Spratli arxipelaqına isə Çin, Tayvan, Filippin, Vyetnam, Malayziya və Bruney iddia edir.)
Bu səbəbdən Tokyo Tayvanın Pekin tərəfindən nəzarətə götürülməsini özü üçün mövcudiyyət problemi (ekzistensial təhdid) sayır. Bu, o deməkdir ki, eskalasiya yaranarsa, Yaponiya kənarda qalmayacaq.
Təsadüfi deyil ki, Yaponiya son illər hərbi büdcəsini davamlı artırır və ciddi şəkildə silahlanır. Yaponiya daha çox aviasiya komponentinin (F-35-lər vasitəsilə) gücləndirilməsinə üstünlük verərkən Avstraliya ABŞ və Britaniyanın köməyi ilə atom sualtı qayıqları inşa etməyə hazırlaşır.
Müharibə zamanı bir tərəfin çatışmazlığını digərinin imkanları kompensasiya etməlidir”, - politoloq bildirib.
Şahin Cəfərli
Ş. Cəfərli qeyd edib ki, III düyna müharibəsinin məhz bu regionda çıxması ehtimalı çox yüksəkdir:
“Bundan başqa, Tayvanın önəmini artıran daha bir amil yarımkeçiricilər (çip) sahəsində dünya lideri olan şirkətin (Taiwan Semiconductor Manufacturing Company - TSMC) bu ölkəyə məxsus olmasıdır.
(Cəmi 36 min kv. km ərazisi, 23 milyon nəfər əhalisi olan Tayvan öz iqtisadiyyatının böyüklüyünə görə dünyada 21-ci sıradadır.)
Doğrudur, statistikaya baxanda görürük ki, dünya çip istehsalının dörddə biri təkbaşına Çinin payına düşür, lakin bunlar əsasən məişət texnikalarında istifadə olunan sadə yarımkeçiricilərdir.
Süni zəka, yüksək hərbi texnologiyalar sahəsində istifadə olunan çiplərin (“high-end” deyilən seqment) əsas istehsalçıları Tayvan, Cənubi Koreya və ABŞ-dir. (Bu 3 dövlət və Yaponiya şərti olaraq Çip-4 adlandırılan alyans yaradır.)
Bütün qeyd etdiyimiz amillər Tayvanı Çin üçün də vazkeçilməz və həyati bir regiona çevirir. ABŞ-nin (Qərbin) qlobal liderliyinin taleyi də burada həll olunur.
(Orta Şərq çoxdan arxa plana keçib.) Bu səbəbdən, əgər 3-cü dünya müharibəsi çıxacaqsa, məhz bu regionda çıxması və “Erida alması”nın (nifaq alması) Tayvan olması ehtimalı çox yüksəkdir”.
Press-fakt.com
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024