«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"ÜÇÜNCÜ DÜNYA SAVAŞI İSTƏNİLƏN AN BAŞ VERƏ BİLƏR"- NATO mövcud dünya düzəni erasının bitdiyini bəyan etdi

Tarix: 18-01-2024 18:45 | Bölmə: Dünya | Baxış: 96


"Bu savaş Ukrayna və ya NATO tərəfindən Rusiya üçün təhlükə ilə deyil, Rusiyanın yer üzündə ən güclü silah olan demokratiyadan qorxması ilə bağlıdır..."

"Qərb hərbi planlaşdırmaya öz yanaşmasına əsaslı şəkildə yenidən baxmalıdır..."
 
Rob Bauer Qərb və NATO-ya qlobal təhlükə fonunda özünə gəlməyə çağırış edir
 
Qərb dünyası nisbi sülh və sabitlik dövrünün başa çatdığını və proqnozlaşdırılmayan zamanın başlandığını anlamalıdır.
 
Bu barədə NATO-nun Hərbi Komitəsinin sədri admiral Rob Bauer Alyansın hərbi rəhbərliyinin iclasında bəyan edib. Məlumatı "İndependent" nəşri yayıb.
 
Onun sözlərinə görə, Qərb  qlobal təhlükələrə qarşı qərargah rəhbərliyinin standart hərbi planları ilə kifayətlənməməli və bütövlükdə cəmiyyəti buna cəlb etməlidir.
 
"Bizə öz düşüncəmizi hər şeyi planlaşdırmaq, öncədən görmək, nəzarət etmək və səmərəliliyə köklənmək mümkün olan dövrdən istənilən məqamda hər şeyin baş verə biləcəyi dövrə dəyişmək üçün dövlət və özəl aktorlar lazımdır.

Bu dövrdə biz gözlənilməzliklərə hazır olmalıyıq", - o, deyib və NATO-nun hərbi transformasiyasına başlamağa çağırış edib.
 
Bayer həmçinin siyasi liderlərə və Qərb ölkələrinin hərbi rəhbərliyinə Ukraynaya hərbi yardım göstərilməsinə öz yanaşmalarını əsaslı surətdə dəyişməyə çağırış edib.
 
"Bu müharibə heç vaxt Rusiyanın təhlükəsizliyinə Ukrayna və ya NATO tətəfindən gerçək təhlükə ilə bağlı olmayıb. Bu müharibənin səbəbi ondan ibarətdir ki, Rusiya yer üzündə istənilən fiziki silahdan daha böyük gücə malik olan demokratiyadan qorxur. 

Əgər Ukraynada insanlar demokratik hüquqlara malik olsalar, o zaman Rusiyada da insanlar buna can atacaq", - admiral qeyd edib.
 
Üçüncü dünya savaşı təhlükəsi
 
Dünya müharibə və münaqişələrin sayının artmasına doğru addımlayır, lakin Ukraynada sülh mövzusu gündəlikdə qalmaqda davam edir.
 
Rusiyanın Ukrayna ilə savaşında strateji məqsədlərinə nail olması bilavasitə Avropa İttifaqı ölkələri üçün savaşa bilet əldə etmək deməkdir. 
 
Onların hazırlığı üçün zamanı az ola bilər", - bunu Mülki Cəmiyyət Tədqiqatı Mərkəzinin rəhbəri Vitali Kulik deyib.
 
İtaliya prezidentinin fikrincə, dünya artıq "fraqmentləşdirilən savaşa" qərq olub. O, qeyd edib ki, bu münaqişədən çıxış yolu yalnız çoxtərəfli təsisatların möhkəmləndirilməsi ola bilər.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024