«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Türkiyə, İran və İsrail münaqişələrin həllində BMT TŞ-dən daha çox təsirə malikdir"- Quterriş

Tarix: 19-01-2024 17:30 | Bölmə: Dünya | Baxış: 130


 
"Biz beynəlxalq münasibətlərdə balans və ədalət yaradan yeni çoxqütblü dünya düzəninin yaradılmasına nail olmalıyıq..."

BMT baş katibi Antonio Quterriş bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri öz nüfuzunu əhəmiyyətli dərəcədə itirib. 
 
Bu barədə o, Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı bəyan edib.

Məlumatı "Reuters" agentliyi yayıb
 
Onun sözlərinə görə, İsrail, İran və Türkiyə münaqişələrin nizamlanmasında daha çox təsirə malikdir.
 
"Siz etiraf etməlisiniz ki, bu gün orta miqyaslı dövlətlər dünyada baş verən proseslərə iri dövlətlərdən daha çox təsir gücünə malikdir. 
 
İsrail, İran və Türkiyə kimi ölkələr yaxın keçmişdə mənim üzləşdiyim böhranlar zamanı həftələrlə hər-hansı qətnamə mətninin üzərində işləyərək nələrisə razılaşdırmağa can atan Təhlükəsizlik Şurasının beş daimi üzvlərindən daha çox təsir gücünə malik olub", - o, deyib.
 
Baş katib çoxqütblü dünyanın formalaşdırmasına çağırış edib və bəşəriyyətin yeni çoxqütblü dünya düzəninin yaradılmasına nail olacağına ümid etdiyini ifadə edib.
 
"Çoxsaylı regional münaqişələr və həyəcan doğuran geosiyasi vəziyyətə rəğmən, zamanla dünya beynəlxalq münasibətlərdə balans və ədalət yaradan yeni çoxqütblü dünya düzəninin yaradılmasına nail olacaq", - o, deyib.
 
"Mən möhkəm əminəm ki, bütün səviyyələrdə böyük dövlətlər arasında ixtilafların güclənməsi kimi fəlakətli ssenaridən yan keçmək mümkün olacaq.
 
Mən əminəm ki, biz beynəlxalq münasibətlərdə balans və  ədalət liderliyi üçün yeni imkanlar yaradan çoxqütblü qlobal dünya düzəninin yaradılmasına nail olacağıq", - baş katib bəyan edib.
 
BMT-nin baş katibi Antoniu Quterriş daha sonra Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını bildirib.
 
O bəyan edib ki, Qəzza bölgəsində münaqişənin hər iki tərəfi "beynəlxalq hüququ görməzdən gəlir, Jenevrə Konvensiyasını və hətta BMT Nizamnaməsini pozur".
 
"Dünya dinc sakinlərin, əsasən, qadınların və uşaqların qətlə yetirilməsini, əlil olmasını, bombardmanlara məruz qalmasını, nəticədə öz evlərini tərk etməyə məcbur olmasını və humanitar yardımdan məhrum edilməsini müşahidə etməkdədir. 
 
Mən Qəzza bölgəsində dərhal humanitar atəşkəsə öz çağırışımı təkrar edirəm, bu proses iki dövlətin yaradılması barədə qərar əsasında israillilər və fələstinlilər üçün dayanıqlı sülhə gətirib çıxaracaq", - məlumatda deyilir.
 
Quterriş Davosda ABŞ Dövlət katibi Entoni Blinkenlə ikitərəfli görüşdən sonra mətbuata müsahibə verib. O, Blinkenin "dünyada ən mürəkkəb problemlərdən birinin" həlli üçün "şəxsi səylərinə" görə minnətdarlıq edib.
 
"Düşünürəm ki, hamımız Ukraynada müharibənin başa çatmasını, bunun BMT Nizamnaməsi və beynəlxalq hüquqa uyğun olaraq baş verməsini istəyirik.
 
Biz Qəzza bölgəsində böhranın sülh yolu ilə, iki dövlətin yaradılması barədə qərar əsasında fələstinlilər və İsrailin bu dəhşətli böhranı ümumi gələcəyin qurulması imkanına çevirməklə bitməsini istəyirik", - Qutteriş vurğulayıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024