«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"UKRAYNA RUSİYA İLƏ QARŞIDURMADA STRATEGİYASINI DƏYİŞİR"- "Bild"

Tarix: 21-01-2024 14:30 | Bölmə: Dünya | Baxış: 109


"Qərb müttəfiqlərinin yardımı 90 faiz azalıb, ABŞ-dan isə yardım ümumiyyətlə kəsilib, belə şəraitdə Kiyev yeni taktikaya keçməyə məcbur olub..."
 
"Ukrayna Rusiyanın sırf hərbi hədəflərindən onun infrastrukturunun məhvinə keçir..."
 
Müharibənin ikinci ilinin tamamında Ukrayna Silahlı Qüvvələri Rusiya ilə qarşıdurmasında strategiyasını dəyişir.
 
Bu barədə Almaniyanın gündəlik "Bild" qəzetinin icmalçısı Yulian Repke bəyan edib.
 
Kiyev yeni vəziyyətə uyğunlaşmalıdır, çünki əvvəlki sxem hazırkı məqamda uğur gətirmir. Bundan öncə Ukrayna Silahlı Qüvvələri (USQ) rusiyalılar tərəfindən zəbt edilmiş ərazilərdə hərbi hədəflərin məhvinə köklənib.
 
2022-ci ilin yay və payızında ukraynalılar uğur qazanıb, onlar 33 faiz işğal edilmiş ərazilərin təxminən yarısını geriyə qaytarmağa müvəffəq olub.
 
Lakin 2023-cü il Kiyev üçün o qədər də uğurlu alınmayıb. Böyük ümidlər bəslənilən əkshücum ölkənin şərqi və cənubunda minimal ərazi əldə etməklə sona yetib.
 
Ötən ilin payızında Rusiya Silahlı Qüvvələri təşəbbüsü ələ alaraq hücuma keçib. Böyük itkilərə rəğmən, - hal-hazırda bu itkilər ayda 3-5 min təşkil edir, - rusiyalılar hücum etməkdə davam edir.
 
Ukrayna isə "küncə sıxışdırılıb". Qərb müttəfiqlərinin yardımı 2022-ci ilin müvafiq dövrünə nisbətən 90 faiz azalıb. Ukraynanın başlıca yardımçısı olan ABŞ-dan isə hazırda ümumiyyətlə yardım kəsilib.
 
Belə şəraitdə Kiyev yeni taktikaya keçməyə məcbur olub. Döyüş sursatları qıtlığı ilə üzləşən Ukrayna "kamikadze"- dronlardan istifadə etməyə başlayıb. 
 
Belə ki, dekabrın sonunda Ukrayna sənayesinin strateji sahələri məsələləri üzrə naziri Aleksandr Kamışin 2024-cü ildə bir milyon PUA istehsalı planları barədə məlumat verib.
 
"FPV-dronlarla yanaşı, gələn il biz 10 min vahid orta mənzilli (yüzlərlə km) və min vahiddən çox min km mənzilli aparatlar istehsal edə bilərik", - Kamışin yazıb.
 
USQ-nin hücumları üçün seçdiyi hədəflər də dəyişib. Kiyev Rysiyanın sırf hərbi hədəflərindən həm mülki əhali, həm də hərbi-sənaye kompleksinə xidmət edən infrastrukturun məhvinə keçir.
 
Belə obyektlərə zərər vurulması düşmənə təzyiq etməli və hərbi əməliyyatların gedişini Ukraynanın xeyrinə dəyişməlidir.
 
Cəbhənin hüdudlarından kənarda Kiyev işğal edilmiş ərazilərin azad edilməsinin müvəqqəti alternativini tapıb, bu da Ukrayna xüsusi təyinatlıların partizan hücumlarıdır.
 
Belə addımlar Rusiyanın hərbi əməliyyatlarını pozmaq və düşmən üçün əlavə təhlükələr yaratmaq məqsədilə atılır.
 
Xatırladaq ki, yanvarın 17-də məlumat verilib ki, Ukrayna MN Baş Kəşfiyyat İdarəsi ön cəbhədə "tam müdafiə" strategiyasını rədd edir. 
 
Hərbi kəşfiyyatın nümayəndəsi Vadim Skibitskinin sözlərinə görə, 2023-cü ilin təcrübəsi göstərib ki, Ukrayna hava müdafiəsini inkişaf etdirməli, hərbi-sənaye kompleksinin təhlükəsizliyini təmin etməli və əkshücum əməliyyatlarını həyata keçirməlidir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024