«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Husilərin gəmilərə hücumları ilə bağlı sensasion iddia - SEPAH və “Hizbullah”...

Tarix: 21-01-2024 17:30 | Bölmə: Dünya | Baxış: 79



Husilərin Qırmızı dənizdə gəmilərə hücumları İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın radikal “Hizbullah” qruplaşmasının komandanlığı altında həyata keçirilir.

Bu barədə “Reuters” agentliyi  dörd regional və iki İran mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrail Qəzza zolağında HƏMAS-la müharibəyə başladıqdan sonra İran husiləri silahlandırıb, təlim keçib və maliyyələşdirib.
Xüsusilə İran husiləri PUA-lar, gəmi əleyhinə qanadlı raketlər, ballistik və orta mənzilli raketlərlə təmin edir.

“Siyasi qərar Tehranda verilir, rəhbərlik “Hizbullah”, yeri isə Yəməndə husilərdir”, - deyə agentlik mənbəsi bildirib.

Məlumata görə, SEPAH komandirləri husilərə kəşfiyyat məlumatı verir. Bu məlumatlar onlara Qırmızı dənizdə hansı gəmilərin İsraillə əlaqəli olduğunu müəyyən etməyə imkan verir.

Xatırladaq ki, husilərin Qırmızı dənizdə tankerlərə hücumları 2023-cü ilin noyabrında başlayıb. Hərəkat Qırmızı dənizdə İsraillə əlaqəli istənilən gəmiyə hücum edəcəyinə söz verib. Yanvarın əvvəlində Böyük Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə zərbələr endirib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024