«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ Şimali və Cənubi Koreya arasında hərbi münaqişəni istisna etmir - “The New York Times”

Tarix: 26-01-2024 17:45 | Bölmə: Dünya | Baxış: 171



Vaşinqton etiraf edir ki, Şimali Koreya və Cənubi Koreya arasında yaxın aylarda döyüşlər baş verə bilər.

Bu barədə Amerikanın “The New York Times” qəzeti ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Şimali Koreya lideri Kim Çen In Seula qarşı getdikcə artan düşmənçilik ritorikasına keçid fonunda gələcək aylarda Cənubi Koreyaya qarşı hərbi əməliyyatlar keçirə bilər. 

Şimali Koreya liderinin hərəkətlərinin Vaşinqtonda aparılan təhlili göstərir ki, onun bəyanatları ciddi qəbul edilməlidir.

Ancaq buna baxmayaraq, amerikalı ekspertlər Koreya yarımadasında tammiqyaslı hərbi münaqişənin başlanması ilə bağlı çox yaxın gələcəkdə açıq risk görmürlər.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın KXDR-lə həmsərhəd əyalətlərindən olan bir sıra sakinlər və fəallar Seulda xarici jurnalistlərlə görüşdə Cənubi Koreya ilə KXDR arasında münasibətlərin gərginləşməsindən narahat olduqlarını bildiriblər.

Onlar həmçinin sərhədlərarası vərəqələrin paylanmasına qadağa qoyulmasına və gərginliyi azaltmaq üçün Koreyalararası razılaşmaya qayıtmağa çağırıblar. Bir sıra cənubi koreyalı tədqiqatçıların fikrincə, hərbi sahədə razılaşmadan imtinaya görə, istəmədən toqquşma riski artıb.

Digər tərəfdən, Koreya Mərkəzi Xəbər Agentliyi yanvarın 19-da bildirib ki, Pxenyan ABŞ, Cənubi Koreya və Yaponiyanın təlimlərinə cavab olaraq “Heil-5-23” sualtı nüvə silahı sistemini sınaqdan keçirib. 

Sınaqdan sonra “Koreyanın səsi” dövlət radiosu qeyd edib ki, silah düşmən gəmi qruplarını və limanlarını məhv etmək üçün radioaktiv sunami yarada bilər.

Xatırladaq ki, Pxenyanda ABŞ-Cənubi Koreya təlimləri KXDR-lə müharibə məşqi hesab olunur.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024