«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
BƏM İSRAİLLƏ BAĞLI İLKİN QƏRARINI AÇIQLAYIB - "Soyqırım iddiaları sübuta yetirilib..."/Yenilənib

Tarix: 26-01-2024 22:00 | Bölmə: Dünya / Araşdırma | Baxış: 122



Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı soyqırımı iddiası üzrə müvəqqəti qərarını açıqlayıb.

Anadolu Agentliyinin məlumatına görə, Ədalət Məhkəməsi İsrailə qarşı irəli sürülən iddiaların (soyqırım işində) “ağlabatan səviyyədə” sübuta yetirildiyinə qərar verib.

Beynəlxalq Ədalət Məhkəməsi Qəzzada baş verən humanitar faciədən xəbərdar olduğunu və insanların itkisindən dərin narahat olduğunu bildirib.

Məhkəmə İsrailin Soyqırım Konvensiyasından irəli gələn bəzi öhdəliklərini pozduğuna görə ona qarşı müvəqqəti tədbirlər görmək səlahiyyətinə malik olduğuna qərar verib.

Eyni zamanda bəyan olunub ki, İsrailin hücumlarına məruz qalan qəzzalılar Soyqırım Konvensiyasının 2-ci maddəsindəki “qorunan qrup” anlayışına uyğundur.

Beynəlxalq Ədalət Məhkəməsi (soyqırım işində) Qəzzadakı fəlakətli humanitar vəziyyətin "birbaşa təhlükə" təşkil etdiyinə qərar verib və bu, əmr tələb edir.

BƏM İsraildən Qəzza zolağında soyqırımı törədilməsinin qarşısını almaq üçün bütün tədbirləri görməsini tələb edib.

***


Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) İsrailə qarşı qaldırdığı soyqırım işində məhkəmə İsrailin “işin rədd edilməsi” tələbini rədd edib.

Məhkəmə işə mahiyyəti üzrə baxılacağını bildirib.

Məlumat üçün bildirək ki, CAR oktyabrın 7-də İsrailin Fələstin torpaqlarında başlatdığı hərbi əməliyyatdan sonra ortaya çıxan beynəlxalq hüquq pozuntularıyla bağlı BƏM-ə müraciət edib. Hazırda dövlətlər arasındakı bu mübahisə BƏM-də araşdırılır.

Sözügedən işdə Cənubi Afrika tərəfini əvvəllər bir neçə dəfə BƏM-də hakim olmuş cənubi afrikalı professor Con Duqardın rəhbərlik etdiyi vəkillər, İsrail tərəfini isə britaniyalı vəkil Malkolm Şou təmsil edir.

Cənubi Afrika İsraili üç yolla Soyqırım Konvensiyasını pozmaqda ittiham edir.

Cənubi Afrika İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlarda eyni millət, irq və dinə mənsub Qəzza xalqına qarşı soyqırım niyyəti ilə hərəkət etdiyini, onları öldürdüyünü, yaşayış yerlərini qəsdən məhv etdiyini bildirir.

Cənubi Afrika məhkəmədən İsrailə qarşı bu 9 qadağanın tətbiq edilməsini tələb edir:

1. Qəzzada hərbi əməliyyatlar dərhal dayandırılsın;
2. İsrailin nəzarəti altında olan hər hansı qrup tərəfindən Qəzzada hərbi əməliyyatla bağlı heç bir addım atılmasın; 
3. Fələstinlilərə qarşı soyqırımın qarşısını almaq üçün lazım olan bütün tədbirlər görülsün;
4. İsrail Soyqırım Konvensiyasının 2-ci maddəsindəki hərəkətlərdən çəkinsin; 
5. Məcburi köçkünlərin evlərinə qayıtması, onların humanitar yardımlara çıxışı  təmin edilsin; 
6. Soyqırımda iştirak edənlərin cəzalandırılması üçün lazımi addımlar atılsın; 
7. Soyqırım sübutlarını qorumaq və bu məqsədlə gələn beynəlxalq rəsmilərin və digər rəsmilərin Qəzzaya girişinə şərait yaradılsın; 
8. Verilmiş tədbirlərin icrası ilə bağlı məhkəməyə mütəmadi hesabatlar təqdim edilsin; 
9. Məhkəmə tərəfindən işi çətinləşdirəcək və ya uzadacaq hərəkətlərdən çəkinməklə bağlı göstəriş verilsin.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024