«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Pandemiya səbəbindən 15 milyon insan ölüb”- Ümumdünya Səhiyyə Təşkilatı

Tarix: 06-05-2022 08:08 | Bölmə: Dünya / Sağlamlıq | Baxış: 213


Dünyada izafi ölüm halları 14,9 milyon nəfər təşkil edib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilib.
Qeyd olunub ki, izafi ölüm halları birbaşa (xəstəlik) və dolayısı ilə (pandemiyanın səhiyyə sistemi və cəmiyyətə təsiri) COVID-19-la bağlı olub.
Koronavirus və pandemiyanın təsirindən ən çox ölüm Cənub-Şərqi Asiya, Avropa və Amerikada (86%) qeydə alınıb. Həmçinin, kişilər arasında ölüm hallarının ümumi sayı qadınlara nisbətən daha çox olub (müvafiq olaraq 57% və 43%).
Qeyd edək ki, təşkilatın məlumatları rəsmi COVID ölümlərinin sayından 2,5 dəfə çoxdur. Belə ki, müxtəlif ölkələrin səhiyyə nazirliklərinin hesabatlarına görə, dünyada 15 milyon deyil, 6,2 milyon insan koronavirus səbəbindən dünyasını dəyişib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024