«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ölkələr BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyini maliyyələşdirməyi dayandırır

Tarix: 28-01-2024 09:00 | Bölmə: Dünya | Baxış: 67



Birləşmiş Krallıq, Kanada, Avstraliya, İtaliya və Finlandiya ABŞ-nin ardınca BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınları Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırdı.

BBC xəbər verir ki, hadisə Agentliyin işçilərinin HƏMAS-ın İsrailə hücumunda əli olduğuna dair ittihamlardan sonra baş verib.

“Böyük Britaniya UNRWA əməkdaşlarının 7 oktyabrda İsrailə qarşı hücumda iştirak etdiyinə dair iddialardan dəhşətə gəlir”, - Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Öz növbəsində HƏMAS şantajlara inanmamağa çağırıb:
“Biz BMT və beynəlxalq təşkilatlardan xahiş edirik ki, İsrailin təhdid və şantajına inanmasınlar”.

Qeyd edək ki, bir gün əvvəl agentliyin ən böyük sponsoru olan ABŞ Dövlət Departamenti də UNRWA-nın maliyyələşdirilməsini dayandırdığını elan edib. Buna səbəb İsrailin təqdim etdiyi HƏMAS hücumunda UNRWA-nın 12 əməkdaşının iştirak edə biləcəyinə dair sübut olub.

Həmin gün UNRWA HƏMAS-ın İsrailə hücumunda əli olmaqda şübhəli bilinən bir neçə əməkdaşla bağlı təhqiqatın başladığını elan edib.

Qeyd edək ki, 1949-cu ildə yaradılan BMT agentliyi Qəzza zolağı, İordan çayının qərb sahili, İordaniya, Livan və Suriyadakı fələstinlilərə tibbi, təhsil və humanitar yardım göstərir.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024