«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ və Britaniya İran kəşfiyyatı ilə əlaqəsi olan 11 nəfərə qarşı sanksiya tətbiq edib

Tarix: 29-01-2024 21:40 | Bölmə: Dünya | Baxış: 94



ABŞ və Böyük Britaniya hökuməti İran kəşfiyyatının maraqları naminə dissidentlərin təqibində iştirakda ittiham olunan 11 nəfərə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlamasında bildirib.

“Birləşmiş Ştatlar və Birləşmiş Krallıq bu gün İran Kəşfiyyat Nazirliyinin xeyrinə əcnəbi dissidentlərin və İran rejiminin əleyhdarlarının öldürülməsini hədəfləyən cinayət şəbəkəsində iştirak etdiklərinə görə 11 nəfərə qarşı birgə sanksiya tətbiq edir. 

Bu gün sanksiya tətbiq edilən şəxslər, əldə olan məlumatlara görə, transmilli repressiyalarla, o cümlədən çoxsaylı qətllər və adam oğurluqları ilə məşğul olan, ABŞ-da əməliyyatlar planlaşdıran şəbəkə ilə bağlıdır”, - sənəddə qeyd olunur.

ABŞ Ədliyyə Nazirliyi və Federal Tədqiqat Bürosu (FTB) bu şəxslərə qarşı ittihamlar hazırlayıb.

ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi bəyanatda göstərilir ki, Amerika səlahiyyətliləri iranlı narkotik ticarətçisi Naci Şərifi Zindəşti bu şəbəkənin lideri hesab edir.

Bu şəbəkənin bir sıra ölkələrdə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Türkiyədə qətllərlə əlaqəli olduğu qeyd olunur. ABŞ səlahiyyətliləri iddia edir ki, Zindəşti ilə əlaqəli şəxslər əvvəllər ABŞ-da İrandan qaçıb gəlmiş insanların sifarişli qətllərini təşkil etməyə cəhd ediblər./report



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024