«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ bazasına hücuma görə İran məsuliyyət daşıyır - NATO baş katibi

Tarix: 30-01-2024 00:30 | Bölmə: Dünya | Baxış: 87



NATO baş katibi Yens Stoltenberq İordaniya-Suriya sərhədindəki Tanf bölgəsində ABŞ bazasına edilən və 3 amerikalı hərbçinin ölümünə səbəb olan hücuma görə İranın məsuliyyət daşıdığını bildirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Y.Stoltenberq ABŞ-a səfəri zamanı deyib.

"İran regionda sabitliyi pozmaqda davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərimizə hücumu davam etdirən terrorçuları dəstəkləyir", - Stoltenberq söyləyib.

Qeyd edək ki, yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı Suriya-İordaniya sərhədindəki Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçinin həlak olduğunu, 34-nün yaralandığını açıqlayıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024