«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Üçüncü Dünya Müharibəsi təhlükəsi - Qərb analitikləri durmadan xəbərdarlıq edirlər

Tarix: 31-01-2024 13:45 | Bölmə: Dünya | Baxış: 127



Dünya hazırda Üçüncü Dünya Müharibəsindən əvvəlki mərhələdədir.

“Sky News” xəbər verir ki, bunu amerikalı hərbi analitik Saymon Diqqins bildirib.

Onu fikrincə, İkinci Dünya Müharibəsindən sonra dünya nizamının əsasını təşkil edən güc tətbiqinə qarşı prezumpsiya itirilib.

“Son aylarda belə bir hiss var idi ki, dünyada baş verən gərginliklər yalnız müharibə yolu ilə həll oluna bilər. Heç nə qaçılmaz deyi. Ancaq Ukraynanın işğalı göstərdi ki, Rusiya müharibəyə siyasi alət və qlobal dəyişiklik vasitəsi kimi baxır.

Dünya nizamının dəyişməsi Rusiyanın xeyrinədir. Eyni zamanda, Çin də Tayvanla birləşməyə can atır, İran öz regionunda əsas gücə çevrilmək istəyir”,-deyə o qeyd edb.

Onun sözlərinə görə,hazırda Şərqi Avropada vəziyyət çox təhlükəlidir: “Rusiya son bir ildə müdafiə xərclərini iki dəfə artırıb.

indi o, ÜDM-nin 6%-ni və ya bütün dövlət xərclərinin üçdə birini orduya xərcləyir. Biz isə əksinə, ÜDM-in 2%-dən bir qədər çoxunu xərcləyirik. Ruslar həmişə öz qüvvələrini yenidən qurmağa, onu silahlandırmağa hazırdırlar”.

Ekspert həmçinin bu il Ukraynada atəşkəsin olacağını və ya müharibənin dalana dirənəcəyini proqnozlaşdırır./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024