«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Xamenei ABŞ-la birbaşa hərbi münaqişədən qaçmağı əmr edib - “The New York Times”

Tarix: 02-02-2024 12:20 | Bölmə: Dünya | Baxış: 98



İran İslam Respublikasının rəhbəri və ruhani lideri Əli Xamenei ABŞ ilə birbaşa hərbi toqquşmadan qaçmağı əmr edib.

Bu barədə cümə axşamı “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, bu həftənin əvvəlində İranın Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib. 

İclasda Suriya-İordaniya sərhədindəki Tanf bölgəsində pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçinin ölümündən sonra Vaşinqtonun İrana və ya onun tərəfdarlarına zərbə endirəcəyi təqdirdə Tehranın görməli olacağı tədbirlər müzakirə edilib.

Vaşinqton hücumda “İraqın İslami Müqaviməti”nin bir hissəsi olan “Kətaib Hizbullah” qruplaşmasının əli olduğunu ehtimal edir.

Qəzetin yazdığına görə, Əli Xameneiyə görüşün nəticələri barədə məlumat verilərkən o, konkret göstərişlər verib: ABŞ ilə birbaşa müharibədən qaçmaq və İranı amerikalıların ölümündə əli olan qrupların hərəkətlərindən uzaqlaşdırmaq.

Nəşr qeyd edib ki, eyni zamanda İslam Respublikasının ruhani lideri ABŞ-nin İrana hücum edəcəyi təqdirdə cavab zərbəsinə hazır olmağı əmr edib.

Digər tərəfdən, mənbələrin sözlərinə görə, “The New York Times”a bildirib ki, İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, 

İraqla sərhəddə ballistik raketlər yerləşdirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024