«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şimali İrlandiya hökumətinə tarixdə ilk dəfə olaraq millətçilər başçılıq edəcək

Tarix: 03-02-2024 23:55 | Bölmə: Dünya | Baxış: 124
Şimali İrlandiya hökumətinə tarixdə ilk dəfə olaraq millətçilər başçılıq edəcək

Milli Respublikaçılar Partiyası “Şinn feyn” tarixdə ilk dəfə olaraq Şimali İrlandiya hökumətinə rəhbərlik edəcək.

Assambleyanın (regional parlament - Qeyd) iclasında regionun birinci naziri vəzifəsinə partiya rəhbəri Mişel Onilin namizədliyi təsdiqlənib.

Demokratik Birlik Partiyası hakim koalisiyanın kiçik üzvü kimi çıxış etməli olacaq. Şimali İrlandiyada millətçilər və ittifaqçılar arasında güc bölgüsü prinsipinə uyğun olaraq, Demokratik Birlik Partiyasıdan Emma Littl-Penqelli hökumət rəhbərinin müavini olub.

İclasda Assambleya sədrinin namizədliyi də təsdiqlənib. Bu vəzifəni 2021-ci ilin may ayından iyun ayına qədər Demokratik Birlik Partiyasına rəhbərlik edən veteran britaniyalı siyasətçi Edvin Puts tutacaq.

Hələ 2022-ci ilin mayında İrlandiyanın birləşməsini müdafiə edən “Şinn feyn” partiyası tarixdə ilk dəfə Assambleya seçkilərində qalib gəlib, ittifaqçılar isə yalnız ikinci nəticə göstəriblər. Bir il sonra partiya yenə ilk dəfə yerli seçkilərdə mandatların əksəriyyətini qazanıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024