«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"G7" UKRAYNANI MALİYYƏLƏŞDİRMƏYİN YOLUNU TAPDI...- Rusiya aktivləri /“Financial Times”

Tarix: 04-02-2024 13:30 | Bölmə: Dünya | Baxış: 86


Qərbdə Rusiyanın aktivlərindən istifadə etməklə Ukraynanı elə indi necə maliyyələşdirməyin yolunu düşünüb tapıblar.

Ukraynanın müttəfiqləri Kiyevi Qərb ölkələrinin buraxdığı borc öhdəlikləri və istiqrazlar hesabına maliyyələşdirməyi planlaşdırır. Bu cür öhdəliklər dondurulmuş Rusiya aktivləri ilə təmin ediləcək. 
 
“UNİAN” xəbər verir ki, bu barədə “Financial Times” yazır.
 
Nəşrin yazdığına görə, müharibə başa çatdıqdan sonra “Ukraynanı dəstəkləyən koalisiya Rusiyadan borcun ödənilməsini tələb edəcək və bunu etməsə, dondurulmuş Rusiyanın suveren aktivləri müsadirə olunacaq”.
 
Qeyd olunur ki, bu planlar artıq Belçika hökuməti tərəfindən "G7" ölkələrinə göndərilib. İki ölkənin nümayəndələri bildiriblər ki, hazırda bu plan Ukrayna üçün dondurulmuş vəsaitlərin açılması üçün əsas variantdır.
 
Məlum  olduğu kimi, hazırda Brüsseldəki Qiymətli Kağızlar Depozitarında Rusiyanın təxminən 191 milyard avro dəyərində aktivləri dondurulub.
 
Uzun müddətdir ki, Rusiyanın aktivlərinin müsadirə edilməsindən danışılır, lakin Fransa və Almaniya da daxil olmaqla, bir çox Avropa Birliyi ölkələri belə bir addımın atılacağı təqdirdə digər ölkələrin öz aktivlərini saxlamaq üçün Qərbin etibarlı “liman” olduğuna inamının sarsılacağından  ehtiyat edir.
Və hesab edirlər ki, müsadirənin hüquqi cəhətdən toxunulmaz həll yolları tapılmalıdır... 
 
S.Laçın

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024