«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Birləşmiş Ştatlar və Böyük Britaniyanın hərəkətləri bəyanatlarına ziddir”- İran XİN

Tarix: 04-02-2024 15:00 | Bölmə: Dünya | Baxış: 104



“Birləşmiş Ştatlar və Böyük Britaniyanın Yəmən husi üsyançılarının mövqelərinə hücum etməsi bu ölkələrin Yaxın Şərqdə münaqişəni daha da gərginləşdirmək istəməmələri barədə bəyanatları ilə ziddiyyət təşkil edir”.

“Mehr” agentliyi xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəsir Kənani deyib.

Onun sözlərinə görə, İran zərbələri Yəmənin suverenliyi və ərazi bütövlüyünün, həmçinin beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir:

“ABŞ və İngiltərə bu cür hücumları davam etdirməklə dünya təhlükəsizliyini təhdid edir”.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Vaşinqton və Londonun məsuliyyətə cəlb olunmasının zəruriliyini bəyan edib.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, Birləşmiş Ştatlar və Britaniya şənbə günü Yəməndə ən azı 13 “Ənsar Allah” (husilər) hədəfinə zərbələr endirib, 36 hədəfi vurub. 

Qeyd olunub ki, Avstraliya, Bəhreyn, Danimarka, Kanada, Hollandiya və Yeni Zelandiya Amerika və Britaniya qüvvələrinə dəstək verib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024