«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Lukaşenko hərbçilərə vətəndaşlara qarşı silah işlətməyə icazə verdi

Tarix: 06-02-2024 19:45 | Bölmə: Dünya | Baxış: 118



Aleksandr Lukaşenko Belarus hərbi qulluqçularına vətəndaşlara qarşı silah tətbiq etməyə icazə verən fərman imzalayıb.

Bu barədə “Azadlıq” radiosunun Belarus xidməti məlumat yayıb.

Bildirilir ki, Lukaşenkonun fərmanı fevralın 1-də imzalanıb və fevralın 3-də dərc edilib.

Sənədə əsasən, hərbi qulluqçular onlara həvalə edilmiş tapşırıqları yerinə yetirərkən mövcud vəziyyəti, cinayətin xarakterini, inzibati xəta və hüquq pozuntusunu nəzərə alaraq fiziki qüvvədən, xüsusi vasitələrdən, döyüş və xüsusi texnikadan istifadə edə, silah tətbiq edə və istifadə edə bilərlər.

Sərəncamda o da qeyd olunur ki, vətəndaşlara atəş açmış hərbi qulluqçu yaralının sağlamlığına dəymiş ziyana görə məsuliyyət daşımır.

Bundan əlavə, atəş açan hərbçi, sənəddə qeyd olunduğu kimi, bu barədə dərhal istintaq orqanlarına məlumat verməli, həmçinin yaralılara ilkin tibbi yardım göstərməlidir.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024