"Rusiyada bayramdır, artıq Karlsonu Krıma dəyişməyə hazırdırlar..."
"Taker Karlson Putinə simpatiyasını, Zelenskiyə antipatiyasını gizlətmir..."
Məşhur amerikalı jurnalist və teleaparıcı Taker Karlson Moskvaya gəlib və Vladimir Putindən müsahibə götürəcəyi barədə şayiələri təsdiq edib.
Bu barə "avesta.tj" nəşri yazıb.
Jurnalistin sözlərinə görə, müsahibə onun "Tucker Carlson Network" saytında, sonradan isə 11,5 milyon istifadəçisi olan "X" sosial şəbəkəsində dərc ediləcək.
"Belə müsahibə, əlbəttə ki, risklidir, çünki Bayden administrasiyası bu tədbirin təşkilinə maneçilik törətməyə cəhd göstərib", - Karlson bəyan edib.
Karlson dəfələrlə Putinə simpatiyası olduğunu bəyan edib. Onun siyasi baxışlarını Amerikanın Ukraynaya çoxmilyardlı dəstəyindən narazı olan bir çox mühafizəkar əhval-ruhiyyəli amerikalılar bölüşür.
Karlson həmçinin Ukrayna prezidenti Vladimir Zelenskiyə öz antipatiyasını da gizlətmir. O, Amerika KİV-lərini "korrupsiyada" ittiham edərək, onların Putinlə danışmaq istəmədiyini, amma həvəslə Zelenski ilə müsahibələrini dərc etdiyini qeyd edib, bu müsahibələri ABŞ-ı Şərqi Avropada müharibəyə cəlb edən "yaltaqcasına ruhlandırıcı söhbətlər" adlandırıb.
Lakin Qərb KİV-lərinin nümayəndələri onları qərəzçilikdə ittiham edən Karlsonu təkzib edib. Belə ki, CNN telekanalının aparıcısı Kristiana Amanpur Karlsonun bu bəyanatlarını cəfəng adlandırıb. "Biz artıq uzun illərdir ki, Putindən müsahibə istəyirik", - o, deyib.
BBC-nin Rusiya xidmətinin redaktoru Stiv Rozenberq təsdiq edib ki, telekanalın nümayəndələri son 18 ayda Kremlə bununla bağlı bir neçə sorğu göndərib, amma "yox" cavabı alıb.
Karlsonun sözlərinə görə, onun Putinlə müsahibəsinin təşkili bir neçə ay tələb edib, lakin o, bunu "istisnasız olaraq amerikalılara məlumat vermək və onlara müxtəlif nöqteyi-nəzərləri təqdim etmək üçün" edir.
"Biz Vladimir Putini deyil, Birləşmiş Ştatları sevdiyimizə görə buradayıq, çiçəklənən və azad qalmaq istəyirik", - Karlson deyib.
"Biz sizə Putinin müsahibəsində dedikləri ilə razılaşmağa deyil, sizi bu müsahibəyə baxmağa çağırış edirik. Siz daha çoxunu bilməlisiniz, o zaman qul kimi deyil, azad vətəndaş kimi özünüz qərar verə bilərsiniz", - o, deyib.
Onun sözlərinə görə, Ukraynada savaş gedir, bu savaş dünyanı dəyişib, amerikalılar isə bu savaş haqqında kifayət qədər məlumatlı deyil. Karlson əlavə edib ki, həm də Vladimir Zelenskidən müsahibə verməsini xahiş edib.
Karlson 2016-2023-cü illərdə Amerikanın "Fox" telekanalının aparıcısı olub və "Tucker Carlson Tonight" axşam siyasi şousunu aparıb. Auditoriyası bəzən 5 milyondan çox tamaşaçı təşkil edib.
Lakin ənənəvi olaraq respublikaçıları dəstəkləyən bu telekanalda onun karyerası gözlənilmədən başa çatıb.
24 aprel 2023-cü ildə Karlson işdən çıxarılıb. Hadisələrin belə gedişini o, gözləməyib, çünki bu ərəfədə o, həmin gün tamaşaçılara efirə çıxacağını vəd edib.
İşdən çıxarılmasının rəsmi səbəbi açıqlanmayıb, lakin Amerika mətbuatı yazıb ki, korporasiyanın rəhbəri Rupert Merdoku belə qərar verməyə Karlsonun 2021-ci il yanvarın 6-da yayımlanan Donald Trampın tərəfdarlarının Kapitolini ələ keçirməsi barədə reportajla və onun Trampın 2020-ci ildəki seçkilərdə məğlubiyyətinin saxtalaşdırma nəticəsində baş verdiyi barədə iddialarını yayması sövq edib.
Siyasi icmalçı, jurnalist və yazıçı Mixail Şeytelmanın qeyd etdiyi kimi, Karlson telekanaldan "həddən artıq respublikaçı baxışlarına" görə uzaqlaşdırılıb.
İşdən çıxdıqdan sonra Karlson müstəqil jurnalist olub. "X" sosial şəbəkəsində onun nəhəng auditoriyası əsasən ifrat sağçı baxışlar və sui-qəsd nəzəriyyələri həvəskarlarından ibarətdir.
54 yaşlı Taker Karlson Donald Trampı dəstəkləməkdə davam edir, ABŞ-da qeyri-leqal miqrasiyanın kəskin şəkildə azaldılmasına, silah gəzdirmək hüququna ciddi riayət edilməsinə tərəfdar çıxır, qlobal iqlim dəyişiklikləri probleminə, "Black Lives Matter" hərəkatına, gender ideologiyasına və bəzi digər liberal ideyalara skeptik yanaşır.
Rusiya KİV-ləri müntəzəm olaraq Karlsonu "həqiqəti söyləyən" jurnalist adlandırır və tez-tez ondan iqtibas gətirir.
"Rusiyada bayramdır. Onlar artıq onu Krıma dəyişməyə hazırdır...Bütün bu putinlər və medvedevlər sevinir ki, Taker Karlson onlara təşrif buyurub", - Şeytelman qeyd edib.
O, son zamanlar tanınmış siyasətçilər Macarıstan baş naziri Viktor Orban, Argentina prezidenti Havyer Mileylə müsahibə götürüb.
Taker Karlson Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzü başlanandan Putindən müsahibə götürən ilk Qərb jurnalisti olacaq.
Digər xəbərlər
Tarix: 08-02-2024 01:11 | Bölmə: Dünya | Baxış: 77
"Taker Karlson Putinə simpatiyasını, Zelenskiyə antipatiyasını gizlətmir..."
"Siz daha çoxunu bilməlisiniz ki, qul kimi deyil, azad vətəndaş kimi özünüz qərar verə biləsiniz..."

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024