«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Ukraynanı qəti şəkildə dəstəkləməkdə davam edəcəyik...”- Veymar üçbucağı bəyanat yaydı...

Tarix: 13-02-2024 13:30 | Bölmə: Dünya | Baxış: 111
“Ukraynanı qəti şəkildə dəstəkləməkdə davam edəcəyik...” -Veymar üçbucağı bəyanat yaydı...

Qurum, həmçinin Avropa İttifaqını Rusiya Federasiyasına qarşı 13-cü sanksiyalar paketini qəbul etməyə çağırır...
 
Veymar üçbucağının (Fransa, Almaniya, Polşa) xarici işlər nazirliklərinin rəhbərləri qərar qəbul ediblər. Qərara əsasən onlar yaxın vaxtlarda “Veymar+Ukrayna” xarici işlər nazirlərinin genişləndirilmiş görüşünü keçirməyi planlaşdırırlar.
 
Bu haqda "TSN" xəbər verir.
 
Rusiya işğalının ikinci ildönümü ərəfəsində bizim görüşümüz (Veymar üçbucağı - red.) beynəlxalq münasibətlərin qeyri-müəyyənlik, gözlənilməzlik və qeyri-sabitlik ilə xarakterizə olunduğu bir vaxta təsadüf edir. Qeyri-adi vaxtlar fövqəladə tədbirlər tələb edir.

Bunun fonunda bizim məqsədimiz Avropa İttifaqını daha da birləşdirmək, güclü və müasir təhlükəsizlik çağırışlarına, vətəndaşlarımızın gözləntilərinə cavab verən təhlükəsizlik və müdafiə birliyi yaratmaqdır. Biz həmçinin güclü və vahid NATO-ya sadiqik”, - sənəddə deyilir.
 
Bəyanatda həmçinin qeyd olunub ki, xarici işlər nazirlərinin bu formatda növbəti görüşü yayın əvvəlində baş tutacaq. Ukraynanın iştirakı ilə görüş də nəzərdə tutulub.
 
"Rusiya dezinformasiya, kiber-hücumlar və demokratik cəmiyyətlərimizdə parçalanma yaratmaq üçün siyasi müdaxilə vasitəsilə bizi hibrid hərəkətlərlə hədəfə alır. Bu, təhlükəsizliyimizə, Avro-Atlantik regionun sülh və sabitliyinə ən əhəmiyyətli və birbaşa təhdid olaraq qalır", - bəyanatda bildirilir.
 
Sənəddə həmçinin bildirilir ki, Veymar üçbucağı ölkələri Ukraynanı güclü və qəti şəkildə dəstəkləməyə davam edəcəklər.
 
“Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə səbəbindən Avropada yaşayış mühitinin görünməmiş deqradasiyası ilə üzləşdiyimiz üçün biz Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə və Rusiyanın təcavüzünü dəf etməkdə sarsılmaz qərarlı olduğumuzu təsdiqləyirik.

Bu müharibədə hər şeyi riskə atacağıq. “Təki Rusiyanın qeyri-qanuni təcavüzü məğlub edilsin; biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik”, - sənəddə deyilir.
 
Bəyanatda həmçinin göstərilir ki, "Rusiya Avropanın yorğunluğuna güvənə bilməz, lakin Ukraynada törədilən bütün qanunsuz hərəkətlərə və cinayətlərə görə tam məsuliyyət daşıyacağını gözləməlidir. Bütün Rusiya günahkarları ədalət qarşısında cavab verməlidir".
 
Sənəddə bildirilir ki, Veymar üçbucağı ölkələri Avropa İttifaqını Rusiya Federasiyasına qarşı 13-cü sanksiyalar paketini qəbul etməyə, həmçinin Ukraynaya NATO və Aİ-yə üzvlük yolunda kömək etməyə çağırır.
 
Biz Ukraynanın Aİ-yə üzvlük yolunda irəliləməsinə kömək etmək üçün birlikdə işləməyə davam edəcəyik. Biz Ukraynanın öz təhlükəsizlik mexanizmlərini seçmək hüququnu tam dəstəkləyirik.

Biz birlikdə Ukraynanın qarşılıqlı fəaliyyətə və təhlükəsizlik sektorunda əlavə islahatlara nail olmaq istiqamətində irəliləyişini dəstəkləməyə davam edəcəyik. Ukraynanın gələcəyi NATO-dadır”, - deyə bəyanatda vurğulanır.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024