«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiya və Yaponiya arasında gərginlik: "Yapon dənizində raketlərin sınağı..."

Tarix: 07-05-2022 15:15 | Bölmə: Dünya | Baxış: 182
Rusiya və Yaponiya arasında gərginlik - ŞOK GƏLİŞMƏ

Rusiya Müdafiə Nazirliyi yeni sualtı qayıq əleyhinə raket sisteminin Yapon dənizində uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Press-fakt.com teleqraf-a istinadla xəbər verir ki, Moskvanın bu addımı Yaponiya və ABŞ üçün təhlükə kimi şərh edilib.
Rusiya Müdafiə Nazirliyi sualtı qayıq əleyhinə raket sisteminin ən son versiyasının Yapon dənizində uğurla sınaqdan keçirildiyini açıqlayıb. Qeyd olunub ki, Rusiyanın Sakit Okean Donanmasındakı Korvet tipli döyüş gəmisindən “Otvet” sistemi ilə buraxılan raket təyin olunmuş sualtı hədəfi dəqiqliklə vurub. Moskvanın bu addımı Yaponiya və Sakit okean regionunda ən böyük müttəfiqi olan Vaşinqtona hədə-qorxu gəlmək kimi şərh edilib.
Məlumdur ki, düşmənin sualtı qayıqlarını məhv etmək üçün nəzərdə tutulan “Otvet” sualtı zenit-raket kompleksi “91R1 Kalibr” raket kompleksi əsasında hazırlanıb.
Bildirilir ki, korvetlər, freqatlar və digər növ döyüş gəmilərində quraşdırıla bilən sistem vasitəsilə müxtəlif növ raketlər buraxıla bilər. Atış məsafəsi 50 kilometrə qədər olan “Otvet” sistemi ilə atılan raketlər dənizin 800 metr altındakı hədəfləri vura bilir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024