«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ukraynalıların Türkiyəyə münasibəti...- “Dost və... düşmən ölkələr”lə bağlı SORĞU

Tarix: 21-02-2024 21:25 | Bölmə: Dünya | Baxış: 118



Ukraynalıların əksəriyyəti əsasən ABŞ və Böyük Britaniyanı (hər biri 81%), Almaniyanı (80%), Polşa və Litvanı (hər biri 79%), Kanadanı (78%), Fransanı (70%) və Yaponiyanı (55%) Ukraynaya dost ölkə hesab edirlər. 

Ukrayna mətbuatı xəbər verir ki, bunu “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğunun nəticələri göstərir.

Polşa ukraynalıların əksəriyyəti üçün dost ölkə olaraq qalır. Lakin müsbət reytinq ötən ilin iyun ayı ilə müqayisədə 94%-dən 79%-ə düşüb. Həmçinin Polşanı “mütləq dost” hesab edənlərin payı 79%-dən 33%-ə enib.

Reytinqdə Türkiyənin də adı var. Məlum olub ki, ukraynalıların demək olar, tən yarısı – 51 faizi Türkiyəni Ukrayna üçün “neytral ölkə” sayırlar. Türkiyəni dost hesab edənlər isə 30 faizdir. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 10 faiz azalıb.

Ukraynalıların düşmən hesab etdiyi ölkələrə gəlincə, ilk üçlük Rusiya(97 faiz), Belarus(90 faiz) və İrandan(75 faiz) ibarətdir.

Çini düşmən hesab edənlər 58 faizdir. NATO üzvü olan Macarıstan da 52 faizlə “düşmən ölkələr” siyahısında yer alır.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024