«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“GƏLSİN, MƏN ONU BAŞA SALIM...”- “Tramp bu problemi həll edə bilməyəcək”

Tarix: 23-02-2024 13:05 | Bölmə: Dünya / Aktual | Baxış: 104



Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın Ukraynadakı savaşı qısa müddətdə başa vuracağına dair vədlərinə inanmadığını bildirib.

Zelenski cəbhə xəttinin bir neçə kilometrliyində Amerikanın “FOX News” telekanalına verdiyi müsahibəsində bu mövzuya toxunub.

Amerikalı jurnalist Zelenskinin Trampın Ukraynadakı münaqişəni həll etmək qabiliyyətinə inanıb-inanmadığını soruşub.

Zelenski suala mənfi cavab verib: “Bunun necə mümkün olduğunu başa düşə bilmirəm. O, (Tramp - red.) bu problemi, bu faciəni mənimlə həll edə bilməyəcək. Qoy gəlsin, mən ona başa salım, o da mənə başa salsın, bəlkə onun ideyaları var?”

Zelenski ümid etdiyini bildirib ki, Ukraynaya səfərdən sonra ABŞ-nin keçmiş prezidentinin mövqeyi dəyişə bilər.

Bundan əlavə, Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının və bir sıra hərbi komandirlərin dəyişdirilməsini “yeniləmə ehtiyacı” ilə izah edib. Valeri Zalujnının istefasına münasibət bildirən Zelenski ölkəni müdafiə etdiyi üçün onu “Ukrayna Qəhrəmanı” adına layiq gördüyünü deyib.

Zelenski Zalujnının ona qarşı siyasi müxalifətdə ola biləcəyi barədə suala da cavab verib və deyib ki, buna hər kəsin hüququ var və “bu, onun şəxsi seçimidir”.

Bundan əlavə, Ukrayna Prezidenti amerikalı jurnalistə bildirib ki, o, hazırda Ukrayna cəmiyyətində ən böyük dəstəyə malikdir və istəsə, asanlıqla yenidən prezidentliyə seçilə bilər.

Ancaq hazırda davam edən hərbi əməliyyatlar səbəbindən bunu praktikada sübut etmək mümkün deyil: “Beləliklə, əgər indi seçki olsa, insanlar məni seçəcəklər. Bilirsiniz, mən hakimiyyətdə qalmağa çalışmıram, lakin seçkilər baş tutsa, qalib gələrəm”.

Onun sözlərinə görə, Ukraynada “heç kim heç bir seçkini ləğv etməyib”, lakin Ukrayna qanunvericiliyi ölkədə hərbi vəziyyət elan olunduqda seçkilərin keçirilməsini qadağan edir./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024