«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Daha çətin qərarlar qəbul etməyə başlamalıyıq”- “Bayden sərt sanksiyalardan çəkinir”

Tarix: 24-02-2024 17:25 | Bölmə: Dünya | Baxış: 92



Ukraynaya qarşı işğalçılıq müharibəsinin ikiknci ili tamam olsa da, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar gözlənilən effekti vermir.

“Bloomberg” nəşri Co Bayden administrasiyasının sanksiyalar məsələsində çox ehtiyatlı davrandığını qeyd edərək, nəticədə indiyəqədərki sanksiyaların Rusiyanın gəlirlərinə lazımınca təsir etmədiyini yazıb.

Yazıda qeyd olunur ki, Co Baydenin fevralın 23-də elan etdiyi Rusiyaya qarşı son sanksiyalar paketində Birləşmiş Ştatlar öz arsenalında qalan ən sərt tədbirlərdən yayınıb, çünki onların tətbiqi qlobal iqtisadiyyatı sarsıda bilər.

Bildirilir ki, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin və digər ölkələrdə yerləşən obyektlərin 200 səhifəlik siyahısından ibarət sanksiyalar paketi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı başlayandan bəri ən böyük maliyyə məhdudiyyətləri paketi olub.

Ancaq nəşrin qeyd etdiyi kimi, bu siyahıya daxil olmayan əhəmiyətli şirkətlər və sektorlar da var. Söhbət metallurgiya sektorundan, enerji ilə bağlı məhdudiyyətlərdən, eləcə də banklara qarşı ikiqat sanksiyalardan gedir: 

"Bu ehtiyatlılıq onu göstərir ki, Baydenin sanksiyalarla bağlı bütün söhbətlərinə baxmayaraq, onun komandası ABŞ iqtisadiyyatında geniş miqyasda pozulmalara səbəb olmaqdan qorxaraq, Rusiya iqtisadiyyatına həqiqətən zərər vuracaq, onun gəlir axınına nəzarət edəcək sanksiyalardan çəkinir".



Daha sərt yanaşma çərçivəsində mümkün hədəflər arasında Rusiyaya müharibəni davam etdirmək üçün ehtiyac duyduğu texnologiya və materialları almağa kömək edən xarici banklar, həmçinin zənginləşdirilmiş uran və alüminium, nikel kimi metalların ticarəti var.

ABŞ eləcə də Rusiyanın dondurulmuş suveren aktivlərini müsadirə edərək bölüşdürə bilər. Nəşrin yazdığına görə, bütün bu tədbirlər əhəmiyyətli risklər daşıyır və bu səbəbdən tətbiq olunmur.

Qəzetə danışan ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi Kim Donovan isə qeyd edib ki, Rusiyaya həqiqətən təsir etmək üçün bütövlükdə qlobal iqtisadiyyata mənfi təsir edə biləcək daha strateji tədbirlər görülməli olacaq: 

"Biz daha çətin qərarlar qəbul etməyə başlamalıyıq və bu qərarlardan sonra gələcək nəticələri qəbul etməli olacağıq".

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Co Bayden ABŞ-nin Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsinə və Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiyalar tətbiq etdiyini bildirib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024