«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Rusiya siyasi və hərbi cəbhədə məğlub olur" - BMT Təhlükəsizlik Şurası

Tarix: 24-02-2024 19:05 | Bölmə: Dünya | Baxış: 153

 
"Rusiya bizi ruhdan sala bilməyəcək, biz Ukraynaya dəstək verməkdə davam edəcəyik..."

 
"Yalnız birgə və qətiyyətli səylərimizlə biz işğalçını yerində oturda, beynəlxalq sülhü və təhlükəsizliyi bərpa edə bilərik..."
 
 
Fevralın 23-də Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin başlanmasının ikinci ildönümü ərəfəsində Ukraynada sülh və təhlükəsizliyə dəstək üçün BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.
 
Bu barədə "gordonua.com" nəşri məlumat verib.
 
İclasın əvvəlində işğalçı ölkənin daimi nümayəndəsi Vasili Nebenzya iclasın gedişinə dair söz alaraq Avropa İttifaqı ölkələrinin siyasəti barədə mülahizələr yürüdüb, bir sıra təbliğat xarakterli tezislər səsləndirib.
 
O cümlədən o, belə bir "ritorik suala cavab verməyi" xahiş edib ki, nədən Böyük Britaniyanın sabiq baş naziri Boris Conson "Kiyevi artıq 2022-ci ilin aprelində Rusiya ilə paraflanmış sülh razılaşmalarından imtina etməyə sövq edib".
 
BMT baş katibi Antonio Quterreş "tarixi interpretasiya etməkdən" çəkinməyə və BMT Nizamnaməsinə hörmət etməyə çağırış edib.
 
"İsrənilən müharibədə hamı büsbütün əzab çəkir, lakin Ukrayna xalqı Rusiyanın apardığı müharibədən dəhşətli dərəcədə əzab çəkir", - o, vurğulayıb və atəşlər nəticəsində Ukraynanın mülki əhalisi arasında qurbanları və infrastrukturun dağıdılmasını xatırladıb. 
 
Quterreş həmçinin deyib ki, məhkum edilmiş mülki şəxslərə işgəncələr verilməsi və rusiyalı hərbçilərin ukraynalılara qarşı 200-dən çox seksuaıl zorakılıq halları qeydə alınıb. O, günahkarların cəzalandırılmasına çağırış edib.
 
"Bir çox ukraynalılar övladlarının həlak olduğu və ya onların itirildiyi gecə vahiməsi şəraitində yaşayır. Bütün deportasiya olunmuş uşaqlar öz ailələri ilə birləşmək imkanı əldə etməlidir", - o, əlavə edib.
 
Fransa xarici işlər naziri Stefan Sejurne Rusiya tərəfindən Zaporojye AES-in qanunsuz işğalını xatırladıb, həmçinin ukraynalı uşaqların deportasiyasını, işğalçılar tərəfindən mülki şəxslərin qətllləri, işgəncələri və zorlanmalarını pisləyib.
 
O vurğulayıb ki, Rusiya üçün bunlar müharibə alətləridir, həmçinin bu cinayətlərə görə məsuliyyətə çağırış edib.
 
"Rusiya ötən il Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs orderlərini unutmağımızı istəyir. Rusiya bizi öz qələbəsinə, uğurlarına inandırmaq istəyir. Rusiya öz təhlükəsizliyimizin, Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə son qoyulmasını istəyir.
 
Lakin Rusiya iki ilin yekunlarının böyük itkiləri üzrə və Rusiyanın özündə bu müharibənin nə qədər cəfəng olduğunu bəyan edənlərə qarşı amansız repressiyalara görə siyasi və hərbi cəbhədə məğlub olur. Rusiya iqtisadiyyatı, statistik göstəricilərin yaxşılaşmasına rəğmən, problemlərlə üzləşir. 
 
Lakin Rusiya bizi ruhdan sala bilməyəcək, biz Ukraynaya dəstək verməyə və Rusiya tərəfindən təhlükəsizliyimizə təhdidlərə cavab verməyə sadiqik",
- o, vurğulayıb və əlavə edib ki, Ukrayna sağ qalmaq uğrunda mübarizə aparır, ona görə də sülhə can atır.
 
Böyük Britaniya XİN rəhbəri Devid Kameron ukraynalıların cəsurluğundan danışıb, Ukraynanın işğalçılar tərəfindən zəbt edilmiş ərazilərin azad etdiyini və Rusiya donanmasının Qara dənizdən sıxışdırılmasını xatırladıb.
 
O, işğalçı ölkənin prezidenti  Vladimir Putinə bir sıra suallarla müraciət edib.
 
"Mənim Putinə sadə sualım var. Nədən onun hökuməti iddia edir ki, bu, qardaşlar arasında döyüşdür və bu, bu qədər insan həyatı itirilən qardaşlığın təhrif edilmiş formasıdır?
 

 
Rusiya Təhlükəsizlik Şurasının üzvü kimi beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə öz öhdəliklərini necə icra edir?
 
Bu bu gün bu hərbi müdaxilənin nə qədər gülməli izahını eşidirik? Yaxşı, ukraynalılar cinayətkar, yoxsa Rusiyanın həmvətənləridir?"
- Kemeron sual edib.
 
"Rusiyalı hərbçilərin müasir avadanlığı tükənir. Onlar Pxenyandan köhnəlmiş və aşağı keyfiyyətli döyüş sursatları əldə etməyə məcbur olub. Rusiya gənclərinin bütöv bir nəsli top yeminə göndərilir. 
 
Onların analarına nəyin uğrunda həlak olduqlarını deyəcəksiniz?"
- o, Nebenzyaya müraciətlə əlavə edib. - Kreml Ukraynanın təslim olmasını gözləyir. Amma o, azadlığı uğrunda vuruşur və siz Birləşmiş Krallığın cavabını bilirsiniz".
 
Kemeron xatırladıb ki, Böyük Britaniya Ukrayna ilə təhlükəsizlik zəmanətləri barədə saziş imzalayan ilk ölkə olub, fevralın 23-də isə Rusiyaya qarşı növbəti sanksiyalar paketi tətbiq edib.
 
"Bu sanksiyalar onu xatırladır ki, biz təslim olmayacağıq, Ukraynaya möhkəm dəstək verəcəyik, - o, əlavə edib.  
 
BMT üzvləri üçün sərhədlərin toxunulmazlığından vacib heç nə yoxdur. Məhz buna görə də bizim üçün Putinin məğlubiyyətindən daha vacib heç nə olmamalıdır. Biz möhkəm olmalı və təslim olmamalıyıq".
 
İsveçrə xarici işlər naziri İnyatsio Kassis BMT Təhlükəsizlik Şurasının Ukraynanın müdafiəsi ilə bağlı səmərəsiz olduğundan danışıb. 
 
"Təəssüf ki, son iki ildə Təhlükəsizlik Şurası öz öhdəliklərini tam şəkildə icra etməyi və Ukrayna və onun xalqı üçün sülh və təhlükəsizliyə zəmanət verməyi bacarmayıb. 
 
Biz daima sülhə çağırış edirik, amma bu gün nəyin şahidləriyik? Minlərlə insanın həlak olması, milyonlarla insanın yerdəyişməsi, sonsuz sayda dağılmış ailələri görürük",
- o, deyib və "sülh yolunu axtarmağa" çağırış edib.
 
Kassis xatırladıb ki, İsveç dövlət başçılarının Ukraynanın Sülh Düsturuna həsr edilmiş sammitin təşkilinə razılıq verib.
 
"Biz bunun nə qədər mürəkkəb vəzifə olduğunu yaxşı anlayırıq. Bu asan məsələ deyil və perspektivlər birmənalı deyil.
 
Lakin biz praqmatik nəticə əldə etməyə nail olmaq üçün yorulmadan işləyirik",
- o, əlavə edib və BMT ölkələrinə "ilk addım atmağa" çağırış edib. 
 
Nazirin sözlərinə görə, İsveçrə yayadək Sülh Sammiti ilə bağlı proseslərə başlamağa can atır.
 
Cənubi Koreya XİN rəhbəri öz növbəsində beynəlxalq humanitar normaların icrasına çağırış edib, ölkəsinin Ukraynaya yardımından danışıb və KXDR və Rusiyanın artan hərbi əməkdaşlığından narahatlığını ifadə edib.
 
O bəyan edib ki, Rusiyanın Şimali Koreya raketlərini əldə etməsi eskalasiyaya və müharibənin uzanmasına gətirib çıxara bilər, KXDR-in müasir hərbi texnologiyalar əldə etməsi Koreya yarımadası üçün təhlükə törədəcək.
 
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild iki il öncə, hərbi müdaxilə ərəfəsində Təhlükəsizlik Şurasının baş tutan iclasını xatırladıb və vurğulayıb ki, Rusiya işğalçıdır və məhz Rusiya bu müharibəyə son qoya bilər.
 
"Burada zalda Moskvanın səsləndirdiyi yalanın foninda biz Ukrayna xalqına dəstək verməkdə davam edəcəyik.
 
Biz Rusiyadan öz vəhşiliklərinə son qoymağı, qoşunlarını Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərindən çıxarmasını və deportasiya etdiyi uşaqların geri qaytarılmasını tələb etməkdə davam edirik",
- o, vurğulayıb.
 
Ukrayna xarici işlər naziri Dmitri Kuleba xatırladıb ki, Putin Rusiyada hakimiyyətdə olduğu müddətdə ən azı üç müharibəyə başlayıb və ya qoşulub, bunlar Gürcüstan, Ukrayna və Suriyadır.
 
"Hər dəfə Təhlükəsizlik Şurası fəaliyyətsiz olanda Rusiya hərəkətə keçir. Bu zalda söylənilən hər bir söz üçün Moskva gerçək insan həyatına son qoyub. Yalnız birgə və qətiyyətli səylərimizlə biz işğalçını yerində oturda və beynəlxalq sülhü və təhlüksizliyi bərpa edə bilərik", - nazir vurğulayıb. 
 
Hərbi müdaxilə ərəfəsində iki il öncə mən BMT-də heç bir ölkənin yaxınlaşan böhrandan kənarda qala bilməyəcəyini bəyan etmişəm. Belə də olub. Ona görə də məni iki il öncə eşitməyənlərdən bu gün eşidilməyimi xahiş edirəm.
 
Ya biz qəsbkarları Ukraynadan qovmaqla Rusiyanı indi dayandıracağıq, ya da dünyanın digər hissələrində alovlanan müharibələr milyonlarla insanın həyatına son qoyacaq./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024