«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“KALİNİNQRAD “ZƏRƏRSİZLƏŞİRİLƏCƏK”...”- İsveçin NATO üzvlüyü nə vəd edir?

Tarix: 27-02-2024 20:00 | Bölmə: Dünya | Baxış: 114



Məlum olduğu kimi, artıq İsveçin NATO üzvlüyünə heç bir əngəl qalmayıb. Bu isə Rusiyanın Baltik dənizindəki mövqelərinə olduqca ciddi zərbə sayılır.

Xarici KİV xəbər verir ki, Litvanın İsveçdəki səfiri Linas Linkevicius özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, İsveçin alyansa daxil olması ilə Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək. Rusiya NATO-ya meydan oxumağa cəsarət etsə, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”.

Linkyaviçyus vurğulayıb ki, Rusiyanın NATO-nun əhatəsində olması ilə bağlı keçmişdəki yalan iddiaları indi reallığa çevrilir.

Xatırladaq ki, İsveç Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlamasından dərhal sonra - 2022-ci ilin yazında NATO-ya üzv olmaq üçün müraciət edib. Yanvar və fevral aylarında onun alyansa qoşulması blokun son iki ölkəsi - Türkiyə və Macarıstan tərəfindən də təsdiqlənib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024