«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Yaponiya Rusiyaya qarşı sanksiyanı genişləndirdi - 12 fiziki şəxs və 36 təşkilat...

Tarix: 01-03-2024 12:30 | Bölmə: Dünya | Baxış: 118



Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək, 12 fiziki şəxs və 36 təşkilatı əlavə edib.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin rəsmi qəzetində məlumat verilib.

Nəşr edilən siyahıya görə, aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını nəzərdə tutan şəxsi sanksiyalar, xüsusən dövlət rəsmilərinə və insan hüquqları üzrə müvəkkillərə qarşı tətbiq edilib. Yaponiya sanksiyalar siyahısına iş adamlarını, həmçinin təşkilat və şirkətləri də daxil edib. 
Sanksiyalar siyahısına əlavə edilən şirkətlər arasında Rusiyanın Tinkoff Bankı da var. 

Həm fiziki şəxslər, həm də təşkilatlar üçün nəzərdə tutulan sanksiyaların martın 31-dən qüvvəyə minəcəyi gözlənilir. Sanksiyalar əsasən ixrac məhdudiyyətlərini əhatə edir.

Qeyd edək ki, Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq edilən Yaponiya sanksiyaları artıq Rusiyadan olan mindən çox insana və 120-dən çox təşkilata təsir edir. Artıq “Alfa Bank”, “VTB”, “Rossiya Bank”, “Sberbank”, eləcə də 40-a yaxın digər təşkilat və şirkətlərin aktivləri dondurulub. 

Bundan əlavə, Yaponiya artıq 800-ə yaxın adda olan Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını təsdiqləyib. 

O cümlədən, dəyəri 6 milyon yendən (təxminən 43 min dollar) çox olan avtomobillərin ixracı qadağan edilib. 2023-cü il avqustun 9-dan Yaponiyadan Rusiyaya mühərrik həcmi 1,9 litrdən çox olan benzin və dizellə işləyən avtomobillərin və hibrid avtomobillərin tədarükü də qadağan edilib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024