«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Almaniya Kansleri Böyük Britaniya məhkəməsini Culian Assanjı müdafiəyə çağırıb

Tarix: 04-03-2024 18:45 | Bölmə: Dünya | Baxış: 101


Almaniya Kansleri Olaf Şolts Böyük Britaniya məhkəməsini ABŞ-a ekstradiya edilə biləcək “WikiLeaks”in qurucusu Culian Assanjı müdafiə etməyə çağırıb.

Bu barədə martın 4-də “Die Welt” qəzeti məlumat yayıb.

Kansler bildirib ki, Britaniya məhkəmələri Assanjın müdafiəsini təmin etsəydilər, o, dövlət sirlərini açıqladığına görə ABŞ-də təqiblə üzləşə bilər.

Olaf Şoltsun sözlərinə görə, belə bir müdafiəni həyata keçirmək üçün indi şanslar artıb: “Çünki son görüşdə ABŞ nümayəndələri britaniyalı hakimləri “WikiLeaks”in təsisçisinin mümkün cəzası ilə bağlı haqlı olduqlarına inandıra bilməyiblər”.

Xatırladaq ki, C.Assanj hazırda Böyük Britaniyada həbsdədir. Birləşmiş Ştatlar onu casusluq və məxfi məlumatları açıqlamaq da daxil olmaqla 18 maddə üzrə ittiham edir. Bu ittihamlara əsasən, onu 175 il həbs cəzası gözləyir.

2012-ci ildə İsveçdə cinsi təcavüz və zorlamada ittiham olunan Assanj ABŞ-yə ekstradisiya ilə üzləşdikdən sonra Ekvadorun Londondakı səfirliyində gizlənir.

Yeddi il sonra Ekvador diplomatik missiyası jurnalisti girov şərtlərini pozduğuna görə həbsxanaya salaraq Britaniya hakimiyyətinə təhvil verib./report

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024