Rusiya kosmosda da nüvə silahı yerləşdirmək istəyir - Bu, fəlakətə səbəb olacaq
Rusiyanınkosmosdanüvə silahı yerləşdirməkniyyətibeynəlxalqaləmdə ciddinarahatlıqyaradıb. Bu barədə məlumatları ABŞ kəşfiyyatı yayıb.
Vəziyyət o qədər ciddidir ki, ABŞ Konqresində bununla bağlı “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı toplantı keçirmək planlaşdırılır.
Təhlükə həm də ondan ibarətdir ki, Rusiya kosmosda nüvə silahı yerləşdirməyə çalışsa, nüvə silahına malik digər ölkələr də özlərini qorumaq üçün eyni prosesə başlayacaqlar.
Bəşəriyyət üçün başqa təhlükə də yarana bilər. Rusiya texnologiyasına etibar yoxdur və bu ölkənin kosmosda yerləşdirmək istədiyi nüvə silahının nəzarətdən çıxmayacağını vurğulamaq çətindir.
“The New York Times” dərgisinin məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken mövcud təhlükəylə bağlı çinli və hindli həmkarı ilə ayrı ayrılıqda müzakirələr aparıb. Blinken Pekindən və Dehlidən Kremlə təsir etmələrini istəyib ki, Rusiya hakimiyyəti təhlükəli planlarından imtina etsin.
Blinkenin fikrincə, Çin lideri Tsi Cinpin və Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə bu barədə danışmalıdırlar. Vaşinqtonda hesab edirlər ki, Kreml sahibi planlarından imtina etməsə, bu, fəlakətə səbəb olacaq.
Kosmosda Çinin və Hindistanın da süni peykləri var. Fəzada nüvə partlayışı ABŞ-la yanaşı Çinin və Hindistanın peyklərini də sıradan çıxaracaq. Təbii ki, bu, Azərbaycanın kosmosda olan peyki üçün təhlükə yaradacaq.
Pekinin Kremlə bu məsələylə bağlı təsir edəcəyi ağlabatan deyil. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda da Vaşinqton Pekindən xahiş etmişdi ki, müharibəni dayandırmaq məqsədilə Kremlə təsir etsin. Pekin nəinki müharibədən narazılığını bildirdi, tam əksinə müharibənin davam etdiyi iki ildə Rusiya ilə strateji tərəfdaşlığını gücləndirdi.
Pekin müharibəni dayandırmaq üçün səy göstərsəydi, bu Çin-ABŞ münasibətlərinə müsbət təsir edərdi. Ancaq Çin Tayvan ətrafında hərbi gücünü artırmaqla ABŞ və ətraf ölkələrlə münasibətlərin gərginləşməsi siyasətinə üstünlük verdi.
Pekin Vaşinqtondan tələb edir ki, Tayvana dəstək verməsin, “vahid Çin” siyasətini qəbul etsin. Vaşinqton Çinin ərazi bütövlüyünə hörmət etməklə yanaşı Tayvanın güc yolu ilə Çinə birləşdirilməsini əleyhinədir və buna mane olmağa çalışır.
ABŞ Konqresi Tayvana hər il maliyyə yardımı ayırır və adaya hərbi texnika göndərir. ABŞ-da prezident seçkisindən sonra da Vaşinqtonun Çinlə münasibətlərinin normallaşacağını gözləmək çətindir.
Bu arada, Çinin 2024-cü ildə müdafiə xərclərini 7,2% artıraraq 230,6 milyard dollara çatdıracağı bildirilib. Çin artıq 9-cu ildir ki, müdafiə xərclərini artırır. Pentaqon üçün hazırlanan hesabatda qeyd edilib ki, Çin 2022-ci ildə 400 nüvə başlığına malik idisə, bir il sonra bunun sayı 500-ə çatıb.
Proqnozlara görə, Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına malik olacaq və qitələrarası mənzilli ballistik raketlərinin inkişafını sürətləndirəcək.
Buna baxmayaraq, “Bloomberg” agentliyinin məlumatına görə, Çin ordusundakı korrupsiya halları azalmayıb. Çin lideri Tsi Cinpin bundan çox narazıdır. Əsas problemlər Çinin raket bilrliklərindədir. Bu qoşun birlikləri Tayvanın ələ keçirilməsində əsas rol oynamalıdır.
Məlum olub ki, raketlər keyfiyyətsiz yanacaqla doldurulub. Bu isə həmin raketlərin hədəfə çatma ehtimalını azaldıb. Buna görə də raket qoşunlarında yoxlamalar başlayıb və xeyli zabit həbs olunub.
“Atlas” Araşdırmalar Mərkəzi
Digər xəbərlər
Tarix: 06-03-2024 12:37 | Bölmə: Dünya | Baxış: 108

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024