«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"ABŞ 2022-ci ilin sonunda Rusiyanın Ukraynaya nüvə zərbəsinə hazırlaşıb"- CNN

Tarix: 11-03-2024 23:30 | Bölmə: Dünya | Baxış: 96



"ABŞ rəsmi şəxsləri Rusiyanın taktiki nüvə zərbəsinə hazırlığı barədə məlumatlı olacağına əmin olmayıb..."
 
ABŞ 2022-ci ilin sonunda Rusiyanın Ukraynaya nüvə silahını tətbiq etməklə zərbə endirəcəyinə "əsaslı surətdə hazırlaşıb".
 
Bu barədə ABŞ administrasiyasının iki yüksək vəzifəli nümayəndəsinə istinadən CNN telekanalı bəyan edib.
 
Məmurların sözlərinə görə, Bayden administrasiyası Rusiyanın taktiki və ya döyüş nüvə silahından istifadə edəcəyindən ehtiyat edib.
 
Bu zaman nəşr "gözlənilməz şəraitlər" üçün planlaşdırmanın misli görünməyən səviyyəsinə diqqət çəkib.
 
CNN yazır ki, nüvə zərbəsi riski nəticəsinə "bir göstərici deyil, hadisələr, təhlillər və xüsusilə vacib olan yeni, kifayət qədər hissiyatlı kəşfiyyat məlumatlarının məcmusu gəlməyə əsas verib.
 
Məmurlardan birinin deməsinə görə, bu narahatlıq "sadəcə, hipotetik olmayıb".
 
"Biz elə planlaşdırmalı idik ki, bu ağlasığmaz hadisənin həqiqətən baş verəcəyi halda ən yaxşı vəziyyətdə olaq", - mənbə bəyan edib.
 
Qeyd edilir ki, 2022-ci ilin yayından ABŞ Milli Təhlükəsizlik Şurası rusiyalıların nüvə silahı tətiq etməklə hücum etmək niyyətinin çox dəqiq əlamətləri üzə çıxan zaman fəaliyyət planlarının işlənib hazırlanması üçün bir sıra iclaslar çağırıb.
 
CNN qeyd edir ki, Rusiya taktiki nüvə silahını Ukraynanın işğal edilən ərazilərinin bundan sonra itirilməsinin, habelə Rusiyanın özünə istənilən potensial hücumun qarşısının alınması vasitəsi kimi nəzərdən keçirə bilərdi.
 
Nəşr xatlrladır ki, eyni zamanda Rusiyanın təbliğat maşını ABŞ rəsmi şəxslərinin ehtiyat etdiyi "Ukraynanın çirkli bombası" barədə feyklər yayıb, bu da Rusiyanın nüvə zərbəsinin maskalanması üçün istifadə edilə bilərdi.
 
Bundan başqa, qeyd edilir ki, Qərb xüsusi xidmət orqanları o zaman Rusiyanın rəsmi şəxsləri arasında aparılan və nüvə zərbəsinin müzakirə edildiyi danışıqlar barədə məlumat əldə edib.
 
Bununla birlikdə, ABŞ bir dəfə də Rusiyanın belə hücum üçün öz nüvə qüvvələrinin səfərbər edilməsi üzrə addımlar atacağını göstərən kəşfiyyat məlumatlarını əldə etməyib, CNN yazır.
 
Lakin ABŞ rəsmi şəxsləri taktiki nüvə zərbəsinə hazılıq barədə məlumatlı olacağına əmin olmayıb, nəşr əlavə edib.
 
"Bütöv şəhərləri məhv etmək iqtidarında olan strateji nüvə silahından fərqli olaraq, taktiki və ya döyüş nüvə silahı onun səssiz yerləşdirilməsinin mümkün olması üçün kifayət qədər kiçikdir və bu silah artıq Ukraynanın döyüş meydanında yerləşdirilən adi sistemlərdən də buraxıla bilər".
 
CNN qeyd edir ki, müharibə "nisbətən durğunluq dövrünə qədəm qoyduqda" nüvə zərbəsi təhlükəsi azalıb, lakin ABŞ və müttəfiqləri sayıqlığını qoruyub saxlayır.
 
Rusiyanın nüvə silahı - aktual olanlar
 
Ekspertlərin dəyərləndirmələrinə görə, hazırda Rusiya bütövlükdə 5580 nüvə döyüş yükünə malikdir, lakin döyüş növbəsində cəmi 1710 vahid müxtəlif növ daşıyıcılar yerləşdirilib.
 
Bu zaman Rusiyanın "fəal" nüvə arsenalından daha 2670 döyüş başlığı hazırda ehtiyatdadır, istifadə müddəti bitmiş, lakin Rusiyanın hələ də utilə vermədiyi və öz saxlanc yerlərində olan daha 1200 vahid nüvə silahı var.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024